FHN-nin akademiyasında yeyinti AŞKARLANDI
Yusif Nəzərli
16:43 05.11.2025
İqtisadiyyat
164
Hesablama Palatası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında audit aparıb.
Oxu.Az xəbər verir ki, audit 2020 və 2021-ci illər üzrə maliyyə əməliyyatlarını əhatə edib.
Bildirilib ki, audit hesabatından maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin olmamasını təsdiqləyən yetərli münasib audit sübutları əldə etmək qeyri-mümkün olub.
Qeyd olunub ki, bu təhriflərin maliyyə hesabatlarına təsiri əhəmiyyətli xarakter daşıyır:
Audit hesabatında göstərilən nöqsanlara dair Fövqəladə Hallar Nazirliyinin Akademiyasının 2022-ci il 30 iyun tarixli 3734-00609 nömrəli məktubla iradlarının olmadığının qeyd edilməsi;
Dövlət büdcəsindən ayrılan vəsait hesabına mal göndərən (podratçı) təşkilata qabaqcadan ödənilmiş məbləğə (31.12.2020-ci il tarixə 189041,17 manat;
31.12.2021-ci il tarixə 96055,19 manat) hesabat ilində “gələcək hesabat dövrlərinin gəliri” adı ilə şərti öhdəlik yaradılaraq maliyyə hesabatlarında tanınması;
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi tərəfindən təsdiq edilən 2021-ci il 03 may tarixli “Mal-material ehtiyatların silinməsi üzrə Akt”a əsasən 2009-2020-ci illər üzrə istismar olunan 3 089 997,46 manat dəyərində yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin maliyyə hesabatlarından silinməsi;
Audit qrupuna imzasız təqdim olunan 2021-ci ildə nazirliyin tabeliyində olan hüquqi şəxslər tərəfindən akademiyaya verilmiş və maliyyə hesabatlarında tanınan 391 596,53 manat dəyərində əsas fondlar və mal-material ehtiyatlarının qəbulu;
Fövqəladə Hallar Nazirliyinin 2020-ci il üzrə 13 fevral tarixli 013 nömrəli və 30 dekabr tarixli 112 nömrəli təmir-bərpa işlərinin balansdan-balansa verilməsi və əsas vəsaitlərin balansa götürülməsinə dair əmrlərin icra vəziyyəti.
Maliyyə hesabatlarında müşahidə edilən təhriflərin həcmi, kəmiyyət təsirini və mahiyyətini nəzərə alaraq, ümumi əhəmiyyətliliklə hesabatverməyə tətbiq olunan əhəmiyyətliliyin müqayisəsi aparılmış, risklərdən hər hansı birinin əhəmiyyətli olub-olmadığı nəzərdən keçirilib, əhəmiyyətli təhriflər riski maliyyə hesabatı səviyyəsində qiymətləndirilib, maliyyə əməliyyatlarının kateqoriyaları, hesab qalıqları və açıqlamalar təsdiqləmələr səviyyəsində təhlil edilib.
Hesablama Palatası hesab edir ki, əldə edilən audit sübutları rəyi əsaslandırmaq üçün yetərli və münasibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi