Fitch Solutions: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 6,25%-dək endirəcək
Yusif Nəzərli
08:05 14.10.2025
İqtisadiyyat
397
Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiya təzyiqləri fonunda ehtiyatlı pul siyasətini davam etdirəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə “Fitch Group”a daxil olan “Fitch Solutions” şirkətinin Azərbaycanla bağlı proqnozunda bildirilib.
Hesabata əsasən, AMB 2025-ci ilin qalan dövrü və 2026-cı ildə ehtiyatlı və məlumatlara əsaslanan pul siyasətini davam etdirəcək. Şirkətin fikrincə, Mərkəzi Bank inflyasiya təzyiqləri fonunda faiz dərəcələrini azaltmaqda tələsməyəcək, lakin iqtisadi artımın zəifləməsi və qiymət artımının sabitləşməsi halında mərhələli şəkildə yumşaldıcı siyasətə keçə bilər.
“Fitch Solutions” uçot dərəcəsini 2025-ci ildə 6,75%, 2026-cı ildə isə 6,25% səviyyəsində proqnozlaşdırıb. Bu, 2020–2024-cü illərdə müşahidə olunan orta göstəricilərdən bir qədər aşağıdır və qlobal neft qiymətlərinin azalması fonunda iqtisadi aktivliyin zəifləməsi ilə izah olunur.
Hesabata görə, qiymət təzyiqləri davamlı xarakter daşıyır və 2025-ci ilin sonuna qədər inflyasiyanın 6 faizə yüksələcəyi gözlənilir. Artım əsasən ərzaq məhsullarının bahalaşması və xidmət sektorundakı tarif tənzimləmələri ilə əlaqədardır. 2026-cı ildə isə bu təzyiqlərin müəyyən qədər azalacağı proqnozlaşdırılır.
Qeyd edilib ki, hazırda AMB-nin uçot dərəcəsi 7,00 faiz səviyyəsində saxlanılır. Mərkəzi Bank inflyasiyanın 2–6 faiz hədəf diapazonunu qorumaq üçün ehtiyatlı addımlar atır və qiymət sabitliyi tam bərpa olunmadan dərəcəni endirmək niyyətində deyil.
Xatırladaq ki, AMB 2024-cü ilin may ayından uçot dərəcəsini sabit saxlayıb və bu ilin iyul ayında ilk dəfə 0,25% bəndi endirib. AMB növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını bu ilin oktyabrın 22-də açıqlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Avropa Azərbaycanın qapısını döyür” - Orxan Yolçuyev (MÜSAHİBƏ)
18:36 16.03.2026
Müsahibə
İki Türkiyə nəhəngi Levandovski üçün qarşı-qarşıya gəldi
18:20 16.03.2026
Futbol
İspaniya Aİ-nin Hörmüz boğazındakı missiyasında iştirak etməyəcək
18:13 16.03.2026
Dünya
Aİ Çin və İran şirkətlərinə sanksiya tətbiq edib
18:05 16.03.2026
Gündəm
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət