
Gələn ildən sosial yardım artırılacaq
20:24 05.11.2025
İqtisadiyyat
657
353 min nəfər artımdan faydalanacaq
Ehtiyac meyarı 300 manata qalxır, daha çox ailə sosial yardıma çıxış əldə edəcək
"Gələn ildən sosial yardım məbləği artacaq". Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında deputat Vüqar Bayramov deyib. Deputat vurğulayıb ki, gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 8 milyard 323 milyon manat olacaq:
"1.7 milyard manat Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait kimi nəzərdə tutulub. Bu o deməkdir ki, fondun gəlirlərinin 20 faizdən çoxu dövlət büdcəsi tərəfindən maliyyələşəcək. Bu, nisbətən 2025-ci il üçün fondun təsdiq olunmuş büdcəsi ilə, demək olar, eynidir".

Parlament üzvü qeyd edib ki, 8 milyard 483 milyon manatlıq xərclərin 8 milyard 146 milyon manatı məhz əhaliyə ödənişlər üzrə xərclərdir:
“Əmək pensiyalarının ödənilməsinə isə 7 milyard 992 milyon manat ayrılacaq. Bu o deməkdir ki, fondun xərclərinin 94.0 faizindən çoxu məhz pensiyaçılara ödənilən vəsaitdir. 2025-ci il ilə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10 faiz artırılacaq. Bu isə pensiyaçıların sosial təminatının gücləndirilməsinin gələn ildə də diqqət mərkəzində olacağı deməkdir. Qanunvericiliyə əsasən, gələn ildə də pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bununla, 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən, gələn ildən pensiyalar 9.2 faiz artırılacaq. İşsizlikdən sığorta fondunun 2026-cı il xərcləri 266.4 milyon manat olacaq ki, onun da 77 milyon manatı, yəni 30 faizə yaxını özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. İşsizliyə görə sığorta ödənişləri 28.0 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10.5 faizi deməkdir. Göründüyü kimi, fondun vəsaitlərinin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq fondun adının dəyişdirilməsi “Məşğulluq və işsizlikdən sığorta fondu” adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı”.
Vüqar Bayramov bildirib ki, gələn ehtiyac meyarının 300 manata çatdırılması gələn ildən sosial yardım məbləğinin artmasına səbəb olacaq:
"Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu isə o deməkdir ki, artımlardan faydalanan ailələrin sayı kifayət qədər çox olacaq".
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya