Gəncə neft bazasının fəaliyyəti bərpa olundu

6 saylı Gəncə Neft Baza Sahəsi fəaliyyəti bərpa olunub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qurum artıq bir neçə gündür işə başlayıb və benzin, dizel yanacaqları ilə təmin olunur.

Məlumat üçün bildirək ki, bir müddət öncə 6 saylı Gəncə Neft Baza Sahəsi təmir səbəbindən bir neçə fəaliyyətini dayandırmışdı.

Buradan əsasən Gəncə və ətraf bölgələrə benzin və dizel yanacağı daşınır.