Gömrükdə "yatan" mallar...
07:46 29.01.2021
İqtisadiyyat
956
Gərək xaricdən məhsul sifariş verənlər yüz ölçüb, bir biçsin
Son vaxtlar bəzi vətəndaşlar sosial şəbəkələrdə xaricdən sifariş etdikləri poçt bağlamalarının uzun müddət gömrük yoxlanışında qalmasından, yubadılmasından gileylənirlər. Hətta əsassız olaraq bağlamaların saxlanılmasını və onlara görə yüksək məbləğdə ödənişlərin tələb olunmasına dair məlumatlar paylaşırlar.
Bu da cəmiyyətdə bir sıra narazılıqlara səbəb olur. Vətəndaşlar narazılıqlarında haqlıdırlarmı?
Sualımızı cavablandıran iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, bəzi hallarda vətəndaşlar təqvim ayı üzrə sifarişlərini yalnız məhsulların öz dəyərini hesablamaqla planlaşdırır. Ekspert əlavə edib ki, onlar daşıma xərcini əlavə etmədiklərindən qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri gözləndiyindən çox olur ki, bu da bağlamaların saxlanılması ilə nəticələnir:
"Gömrük dəyəri, "Gömrük tarifi haqqında" qanunun 2-ci fəslinə uyğun olaraq müəyyən edilir. Və gömrük dəyərinin müəyyən edilməsi zamanı məhsulun dəyəri ilə yanaşı, daşınma xərci də nəzərə alınmalıdır. Tutaq ki, əgər vətəndaş ay ərzində 300 manat öz ehtiyacları üçün xaricdən mal gətizdirir. Təbii ki, yeni qaydalara əsasən buna gömrük rüsumları 18 faiz ƏDV və s. ümumilikdə, 35 faizə qədər vergi tətbiq olunur.
Amma məsələnin digər tərəfi var. Anbarda qalma və s. məsələlər. Bu isə 300 manatın içindədir. Yəni vətəndaş bu məbləğə kostyum alıb gətirsə, gərək onun şalvarının qiyməti 100 manat, pencəyinin qiyməti 150 manat olsun.
Və 50 manat da gömrüyün xırda parasına uyğun gəlsin. Əks təqdirdə 300 manata gələn kostyuma 35 faiz rüsum əlavə edəcək. Bu halda xaricdən gözlədiyiniz kostyumun qiyməti 405 manata bizə oturacaq".
İqtisadçı-ekspert pandemiya dövründə ƏDV ilə bağlı yaranmış məsələlərə də aydınlıq gətirib:
"Pandemiya dövründə mağazalar bağlı olduğundan bir çox ödənişlər terminallar vasitəsilə həyata keçirildi. Lakin ƏDV geri almaq üçün mağazaya müraciət edən müştərilərə bildirirlər ki, yalnız mağazada ödəniş etdiyi təqdirdə onu geri ala bilər. Bu da müştərinin etirazına səbəb olur. Sual yaranır ki, bu, nə dərəcədə qanunauyğundur?
İlk olaraq qeyd edim ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır. Yəni terminaldan ödənilən məbləğ qəbzi Vergi Məcəlləsinin 50.8 maddəsinə uyğun deyil.
Bu baxımdan da yaxşı olar ki, hər bir müştəri gələcəkdə mağazanın özündən alış-veriş edib, qəbzi alsın. İndi məsələ burasındadır ki, sərt karantin dövründə mağazaların fəaliyyət göstərməməsi səbəbindən terminallardan ödəniş yeganə çıxış yolu olub. Yəni belə sual yarana bilər ki, müştəri bir ay gecikmə etməlidir ki, ƏDV-ni geri alsın? Cavab isə bəli.
Çünki gecikmənin ƏDV-nin geri qaytarılmasına aidiyyəti yoxdur. Yəni müştəri mağazadan kreditə məhsul götürərək mağaza ilə müqavilə bağlayır. Vergi Orqanının isə buna qarışacağı yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə