Gümüşün qiyməti maksimuma çatdı

Gümüşün qiyməti bütün dövrlər üçün ən yüksək həddinə çatıb.

Axar.az xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.

Ticarət platformasından verilən məlumata görə, gümüşün qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 64 dollara çatıb.