2026-cı ilin mart ayında təhvil veriləcək gümüş fyuçersinin qiyməti Nyu-York "Comex" birjasında tarixi maksimumu yeniləyərək bir troya unsiyası üçün 96 ABŞ dollarını ötüb.
Teleqraf xəbər verir ki, bunu ticarət məlumatları təsdiq edir.
Bakı vaxtı ilə saat 20:51-ə olan məlumata əsasən, qiymətli metalın dəyəri 3,73 % artaraq bir troya unsiyası üçün 96,09 ABŞ dollarına çatıb.