"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 115 dolları keçib.
Oxu.Az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.
Bakı vaxtı ilə saat 21:16-ya olan məlumata görə, bu metalın dəyəri 13.62% artaraq trua unsiyası üçün 115.13 dollara çatıb.
Saat 21:26-də gümüşün qiyməti trua unsiyası üçün 114.8 dollara qədər azalıb (+13.38%).