Gümüşün qiyməti üç faizdən çox artaraq tarixi maksimumu yenilədi

2026-cı ilin mart ayında çatdırılacaq gümüş füçerslərinin qiyməti Trua unsiyası üçün 60 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb.

Oxu.Az bu barədə "Comex" birjasının (Nyu-York Ticarət Birjasının bölməsi) məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, ticarət sessiyası zamanı qiymətli metalın dəyəri qiyməti 3.21% artaraq Trua unsiyası üçün 60.28 dollara çatıb.

Bahalaşmanın davam edəcəyi istisna edilmir.