Hər gün 3 qəpik bahalaşma: Marketlər süni qiymət artımına gedir - ETİRAZ
Şəymən Bayramova
10:12 07.02.2020
İqtisadiyyat
1384
Azərbaycanda fəaliyyət göstərən iri mağazalar şəbəkələrində gündəlik tələbat mallarının qiymətləri ilə bağlı ciddi narazılıqlar var. Məhsulların qiymətində hər gün 1-3 qəpik bahalaşmaların olduğunu vurğulayan vətəndaşlar deyib ki, ümumi bazarlıq zamanı kifayət qədər fərq ortaya çıxır.
Bahalaşma yağın, süd məhsullarının, yumurtanın, təmizlik vasitələrinin, digər konservləşdirilmiş ərzaq məhsullarının qiymətində özünü göstərir.
İqtisadçı ekspert Fuad İbrahimovun "Şərq"ə açıqlamasına görə, süni qiymət artımları monopolist qüvvələr tərəfindən həyata keçirilir:
"Marketlərdə qapanmış dairə sindromu var. Bazar iqtisadiyyatı azad sahibkarlığa əsaslandığından, dövlətin özəl şirkətlərə müdaxiləsi yolverilməzdir. Sahibkarlar istədikləri məhsulu ölkəyə idxal edib, istədiyi qiymətə satıb gəlir əldə etmək hüququna sahibdirlər. Eyni zamanda topdansatış qiymətinə pərakəndə satış obyektlərinə satırlar, onlar da öz növbəsində üzərinə müəyyən bir qiymət qoyub vətəndaşlara satırlar. Bu cür qiymət artımlarının qarşısını almağın yeganə yolu sağlam rəqabət mühitini stimullaşdırmaqdır. Yaxşı olar ki, vətəndaşlarımız da öz borcunu yerinə yetirib, konkret faktlarla aidiyyatı qurumları məlumatlandırsınlar. Ümumi şikayətlər, sosial şəbəkələrdə müzakirələr ciddi şikayət kimi qəbul edilmir".
Ölkədə qiymət artımı üçün real zəmin olmadığını vurğulayan ekspertin sözlərinə görə, inhisarda birinci dərəcəli qiymət diskriminasiyası düsturu var:
“İnhisarçı baxır ki, hansısa bir məhsulun ondan başqa idxalçısı yoxdur və tələb də kifayət qədər çoxdur, ona görə də, maksimal dərəcədə xeyir götürmək üçün qiymətləri artırır. Son 3-4 ildə manatın məzənnəsi müəyyən qədər stabilləşib. Yəni manatın sabitləşməsi ilə bağlı ölkədə ərzaq məhsullarının və gündəlik istehlak mallarının qiymətinin bahalaşması üçün bir əsas da yoxdur. Deməli, sağlam rəqabət mühiti yoxdur deyə, süni qiymət artımı baş verir. Əgər bazara bir məhsuldan bir neçə çeşid daxil olsa, mağazalar istehlakçıların diqqətini çəkmək üçün həmin məhsulun daha ucuza satılmasında maraqlı olarlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya