HP-nın hansı qurumlarla bağlı materialları Baş Prokurorluğa və DTX-ya göndərdiyi məlum olub
Yusif Nəzərli
07:03 15.04.2025
İqtisadiyyat
354
Hesablama Palatası tərəfindən hansı qurumlarla bağlı materialların Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərildiyi məlum olub.
Sheeg.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Qeyd edilib ki, hesabat ilində 4 nəzarət tədbiri üzrə müvafiq materiallar kollegiyanın qərarına əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib. Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar və və Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi ilə bağlı dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar materiallar Baş Prokurorluğa göndərilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həmin materiallar DTX-yə göndərilib.
Yuxarıda qeyd olunanlardan əlavə, 2023-cü ilin iş planına əsasən keçirilmiş 1 audit nəticəsində aşkar edilmiş bir sıra hüquqpozmalara və kənar dövlət maliyyə nəzarəti obyektinin bununla bağlı təqdim etdiyi məlumatlara qanunvericiliyə uyğun olaraq hüquqi qiymətin verilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğa təqdim edilib.
Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən Hesablama Palatası tərəfindən hesabat ilində 3 auditlə bağlı göndərilmiş materiallardan 1 audit üzrə vurulmuş ziyan tam ödənilib, cinayət işinə xitam verilib. 2 audit üzrə cinayət işi başlanıb və istintaqın aparıldığı qeyd edilib, bu tədbirlərdən 1-də vəsait ödənilib, 1-də isə əmlak üzərinə həbs qoyulub.
Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət