HP: Növbəti il dövlət büdcəsinin qeyri-vergi gəlirləri 18.7 mlrd. manat proqnozlaşdırılır
Yusif Nəzərli
07:10 19.11.2024
İqtisadiyyat
495
2025-ci ildə dövlət büdcəsi gəlirlərinin artımının əsasən qeyri-vergi daxilolmaları hesabına təmin ediləcəyi nəzərdə tutulub. Belə ki, növbəti ilin dövlət büdcəsində qeyri-vergi daxilolmalarının 1 milyard 585 mln. manat artaraq 18668,9 mln. manata yüksələcəyi proqnozlaşdırılır.
“APA-Economics”in xəbərinə görə, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, 2024-cü ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirlərində müşahidə olunan əhəmiyyətli artım (4792,3 mln. manat) qeyri-vergi gəlirləri ilə əlaqəli olub. Belə ki, cari ilin 8 ayında dövlət büdcəsinin qeyri-vergi gəlirləri 11 milyard 171,4 mln. manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur. Əhəmiyyətli artım əsasən Dövlət Neft Fondundan transfertləri ilə izah edilir.
Baxılan dövrdə vergi gəlirləri 14 milyard 52 mln. manata bərabər olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 739,7 mln. manat azalmışdır. Azalma əsasən hüquqi şəxslərin mənfəət vergisinin əhəmiyyətli dərəcədə (1538,3 mln. manat) azalması ilə bağlı olmuş, əlavə dəyər vergisi üzrə 562,8 mln. manat artımın izlənməsi mənfəət vergisindən formalaşan azaldıcı təsiri nisbətən yumşaldıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət