İl ərzində birdən artıq telefon gətirənlər bu qədər rüsum ödəyəcək

Təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq istənilən mobil cihaza gömrük rüsumu ilə birlikdə aksiz vergisi də tətbiq ediləcək.
Sherg.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur.

Qanun layihəsi 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil edilib və parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, fiziki şəxslər tərəfindən bazar qiymətindən və növündən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən bir ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat rüsum alınacaq.

Hüquqi şəxslər tərəfindən satış məqsədi ilə ölkəyə idxal edilən mobil cihazların hər birinə isə 20 manat aksiz vergisi tətbiq olunacaq.