İpoteka ilə bağlı başlıca problem! - “Bank əməkdaşları maklerlərlə əlbir olurlar” – Dələduzluq !
Fidan Həmişəyeva
15:49 25.09.2020
İqtisadiyyat
1628
“Onlar əvvəlcədən topladıqları sənədlərə müraciətlər edirlər”
“Təxminən 24 saat ərzində ipotekaya ayrılan vəsait bitir. Regionda olan və ya öz işi ilə məşğul olan vətəndaşın bundan xəbəri olmur”
İpoteka ilə bağlı yaradılan işçi qrupun iclası keçirilib. İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə işçi qrupun ilk görüşü olub, müzakirələr aparılıb. Ekspertlər ipoteka kreditlərinin götürülməsi zamanı yaranan mübahisəli məsələlər və onların həlli yolları barədə açıqlama veriblər.
Xatırladaq ki, Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli qərarına əsasən, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edilə bilər.
Bu halda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.
İpoteka kreditlərinin verilməsinə dair mühüm təkliflər irəli sürən iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a söyləyib ki, bu sahədə əsas məsələ əlçatanlığın təmin edilməsidir. Ekspert söyləyib ki, əksər hallarda ipoteka proqramı dövlət büdcəsindən maliyyələşir:
“Aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün əlverişli mexanizmin yaradılması vacibdir. Amma müəyyən müddət sonra aydın oldu ki, bu kreditlər orta və yüksək gəlirli əhalinin maraqlarına xidmət edir.
Eyni zamanda ipotekaların verilməsində şəffaflığın minimum səviyyədə təmin olunması vacibdir. Bu istiqamətdə tənzimləməni həyata keçirən qurumun özünün qeyri-şəffaf olması diqqət cəlb edir. Məsələn, Azərbaycanda heç kim bilmir ki, yeni ipoteka kreditlərinə nə vaxt başlanacaq. İndi yeni bir mexanizm yaradılıb.
Bu mexanizm elektron formada müraciətə əsaslanır. Bankların ipoteka şöbələrində çalışan əməkdaşların böyük əksəriyyəti maklerlə əlbir olurlar. Onlar əvvəlcədən topladıqları sənədlərə müraciətlər edirlər. Rəsmi məlumatı gözləyən vətəndaşın bundan xəbəri olmur. Təxminən 24 saat ərzində ipotekaya ayrılan vəsait bitir. Regionda olan və ya öz işi ilə məşğul olan vətəndaşın bundan xəbəri olmur. İpoteka sahəsində əsas problemlərdən biri budur”.
İqtisadçının sözlərinə görə, ipoteka kreditləri ilə bağlı digər problem imtinalarla bağlıdır:
“Bir çox hallarda vətəndaşlara kreditlə bağlı imtina edilir. Bunu texniki məsələlərlə izah edirlər. Amma proqramın elektron versiyası yeni təsdiq olunmağa başlayıb. Banklar süni problemlər yaradaraq vətəndaşa imtina edir. Bu problemlər də nəzərə alınmalı və müvafiq tədbirlər görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat