
İqtisaçı: Ələt Azad İqtisadi Zonasının saytında Azərbaycan dilinin olmaması ciddi çatışmazlıqdır
13:16 02.09.2025
İqtisadiyyat
672
"Azərbaycanda yeganə azad iqtisadi zona olan Ələt Azad İqtisadi Zonasının rəsmi saytında yaradılandan bəri Azərbaycan dili versiyası yoxdur. Bu məsələni zonanın nümayəndələrinə də bildirdim və qeyd etdim ki, bu, sadə görünsə də amma çox vacib bir çatışmazlıqdır”.
Bu sözləri “sherg.az”a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Ekspert qeyd edib ki, saytın ölkənin doğma dilində versiyasının olması investisiya mühitinə müsbət təsir edər, zonanın öz imicini gücləndirər, dövlət dilinə hörmətin göstəricisi olar və ən əsası, yerli sahibkarlar üçün məlumatı daha əlçatan edər:

“Axı hamının ingilis dilini bilməsi kimi bir öhdəliyi yoxdur. Üstəlik, qanunvericiliyə görə, yerli sahibkarlar və KOB-lar da bu zonadan yararlana bilər. Rezidentlərə xidmət və təchizat göstərə, müqavilə bağlayaraq xammal, avadanlıq, maliyyə və digər xidmətlər təqdim edə bilirlər. Hətta bunun üçün üstünlüklər də mövcuddur. Yəni bu zona təkcə xarici investorlar üçün deyil, Azərbaycan sahibkarları üçün də imkanlar açır. Bir azad iqtisadi zona doğru idarə edilərsə ölkə iqtisadiyyatına nələr verə biləcəyini bildiyim üçün Ələtdə bu zona yaranarkən ən çox sevinənlərdən biri mən idim. Hətta dəhlizlərlə bağlı kitabımda bu zonaya da yer vermişdim. Etiraf edim ki, sayt da kifayət qədər funksional hazırlanıb. Amma dil seçimi çatışmazlığının aradan qaldırılması çox vacibdir. Elə bu səbəbə görə hətta Asiyadan tutmuş Avropaya qədər hansı ölkələrin azad iqtisadi zonasının saytına daxil olsaq, öz doğma dillərində versiyasını görə bilərik. Ümid edirəm ki, yaxın vaxtlarda ƏAİZ saytını da Azərbaycan dilində də görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm