
İqtisadçı: 20 ildən sonra Azərbaycan iqtisadiyyatı 20 faiz böyüyə bilər
10:36 16.01.2025
İqtisadiyyat
754
2024-cü ildə Azərbaycanda iqtisadi artım 4,1% təşkil edib.
"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Qeyd edilib ki, 2024-cü ildə ölkədə 126,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz artıb.
ÜDM istehsalının 35,9 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 12 382,5 manata bərabər olub.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycan iqtisadiyyatının genişlənməsində başlıca şərtlərdən biri azad edilmiş Şərqi Zəngəzur və Qarabağda bərpa təmir işlərinə ayrılan investisiyalardır:

“Bu tendensiya 2025-ci ildə də davam edəcək. 2025-ci ildə dövlət büdcəsindən dörd milyarddan çox vəsaitin Şərqi Zəngəzur və Qarabağın bərpası üçün ayrılması nəzərdə tutulub. Bütövlükdə 2020-2024-cü illərdə 18 milyard manat dövlət büdcəsindən təmir, bərpa işlərinə vəsait ayrılıb. Əlbəttə ki, bu investisiya qoyuluşları iqtisadiyyatda Ümumi Daxili Məhsulda böyük bir aktivliyin yaranmasına səbəb olub. Nəticə etibarilə də iqtisadiyyatımızda hərəkətlilik baş verir. Çünki faktiki olaraq təmir, tikinti, bərpa həyata keçirilməsi, və bu istiqamətdə milyardlarla manat investisiyaların ayrılması iqtisadi aktivliyin və göstəricilərin yüksəlməsinə səbəb olub. 2025-ci ildə 2024-cü illə müqayisədə ayrılan investisiyalar 16 faiz az olsa da, bu yenə də cari ildə özünü iqtisadiyyatın bir az da böyüməsində göstərə biləcək. Digər bir tərəfdən ərazilərimizin işğaldan azad edilməsi iqtisadi potensial gəlirlərimizin artımına səbəb olub. Bildiyimiz kimi, Şərqi Zəngəzur və Qarabağda bir sıra müəssisələr fəaliyyətə başlayıb. Eyni zamanda, iqtisadiyyat üçün əsas investisiya və kapital mənbəyinə çevrilən əkinə yararlı torpaqlar, digər təbii sərvətlər həmin ərazilərdə artıq Azərbaycanın iqtisadi balansına keçib”.
Ekspertin sözlərinə görə Azərbaycan iqtisadi balansında rəsmən investisiya formasında özünü göstərdiyinə görə bu iqtisadi göstəricilər artıb:
“Yəni bu, birbaşa olaraq 2020-ci ildən bu günə qədər artım tendensiyası məhz torpaqlarımızın işğaldan azad olunması ilə bağlıdır. Qarabağda ərazilərin minalardan təmizlənməsi prosesi genişləndikcə və yekunlaşdıqdan sonra daha çox iqtisadi aktivlik müşahidə olunacaq. Həm təsərrüfat, həm də içməli su mənbələrinin genişlənməsi, həm yeni iş yerlərinin yaranması, eyni zamanda, aqrar sektor üçün əkinə yararlı sahələr, maldarlıq və bu kimi digər sənaye müəssisələrinin fəaliyyətə başlaması iqtisadiyyatımızda ciddi artım kimi qeyd olunacaq. Beynəlxalq təşkilatlar tərəfindən verilən statistik proqnoza görə, işğaldan azad edilən 20 faiz torpaqlarımızın sayəsində 20 ildən sonra Azərbaycan iqtisadiyyatı 20 faizə qədər böyüyə bilər. İqtisadi aktivlik bununla bağlıdır. Amma biz təəssüf ki, ölkənin digər sahələrində, məsələn, digər regionlarında iqtisadi aktivliyin baş verdiyini görə bilmirik. Yəni bu statistik məlumatlarda da özünü göstərmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya