
İqtisadçı: Aİ-95 markalı avtomobil benzininin istehsalı azalması təbii haldır
13:24 27.10.2025
İqtisadiyyat
463
2025-ci ilin yanvar-sentyabr aylarında 1 milyon 81.3 min ton avtomobil benzini istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 1 faiz artım deməkdir. O cümlədən, 13.8 min ton Aİ-95 markalı avtomobil benzini istehsal olunub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 45% azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk 9 ayında 4 milyard 47.3 milyon manat dəyərində neft məhsulu istehsal olunub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.4 faiz çoxdur.
Neft məhsullarından mazut istehsalı 2.1 dəfə, neft koksu istehsalı 8.5 faiz, dizel yanacağı (qazoyl) istehsalı 6.2 faiz, ağ neft istehsalı isə 5.3 faiz artıb.
Eyni zamanda, neft bitumu istehsalı 9.9 faiz, sürtkü yağları istehsalı isə 44.7 faiz azalıb.
İqtisadi ekspert Natiq Cəfərli Sherg.az-a deyib ki, Aİ-95 markalı avtomobil benzininin istehsalı azalması təbii haldır:

"Son bir il ərzində istehsalın azalmasının nəticələrini də müşahidə etdik. Aİ-95 benzini ilə bağlı tələbatı ödəmək üçün xaricdən daha çox yanacaq almağa məcbur qaldıq. İstehsalın azalmasının əsas səbəbi neftayırma zavodlarında aparılan təmir işləridir. Zavodlardan birində Aİ-95 istehsalına keçidlə bağlı qurğulardan birinin təmiri artıq başa çatıb, digərində isə işlər hələ davam edir. Bu təmir müddətində Aİ-95 markalı benzinin istehsalında azalma müşahidə olunub.
Qısası, bu vəziyyət zavodların modernləşdirilməsi və yeni texnologiyaların tətbiqi ilə əlaqədardır. Təmir və yenilənmə prosesi zamanı yeni avadanlıqlar gətirilir, quraşdırılır. Bu da təbii olaraq istehsal həcminin müvəqqəti azalmasına səbəb olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region