İqtisadçı investorlara tövsiyə etdi
07:40 15.01.2021
İqtisadiyyat
650
Hər zaman qazandıran və uzun müddət üz güldürən qızıl və zinət əşyalarıdır
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Yanvarın 14-də qızılın qiyməti yanvarın 13-ü ilə müqayisədə 32,725 manat (1,03 faiz) azalaraq 1 unsiya üçün 3 129,139 manat təşkil edib. Gümüş 0,5908 manat (1,36 faiz) ucuzlaşaraq 1 unsiya üçün 42,8737 manata bərabər olub. Bir ayda isə bir unsiya qızıl 8,5425 manat bahalaşıb, gümüş isə 5,4 faiz dəyərlənib.
Son bir il ərzində bir unsiya qızılın 19,6 faiz, gümüşün isə 41,8 faiz bahalaşmasına baxmayaraq hazırda qızıl və gümüş əvvəlki günlərə nisbətən öz dəyərini itirib. Azərbaycan Mərkəzi Bankından verilən məlumata əsasən dolların manata olan məzənnəsi 1.70 manatdır, yəni, stabil olaraq qalır. Lakin insanlar dolların da qiymətinin dəyişəcəyindən ehtiyat edirlər.
Qızılın oynaq qiymətlər üzərində dövr etməsi insanlarda xeyli narahatlığa səbəb olub. Bir tərəfdən də bankların vətəndaşlara dollar satışında məhdudiyyətlər qoyması, xarici valyutaya olan ehtiyacların ödənməsində problemlər yaranması hər kəsi düşündürən məsələlərdəndir. Bu durumda vətəndaşlar əmanətlərini dollar, yoxsa qızıl ilə saxlaması daha yaxşı olar?
Məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Kazım Məmmədov bu barədə "Şərq"ə öz fikirlərini bildirib:
"Müşahidələr göstərir ki, o ölkələrdə ki, daxili və xarici ticarət münasibətlərində dollar üstünlük verilir, orada adətən qızıl və dolların hərəkətliliyi düz mütənasiblik təşkil edir. Yəni qızıl düşərsə, dollarda da qismən düşmələr müşahidə olunur. Təbii ki, bu, xüsusən üzən valyutanın mövcud olduğu, tənzimləmələrin daha az olduğu ölkələr üçün xarakterikdir.
O ki qaldı dolların düşməsi və ya qalxmasına, bu amilə Amerikada mövcud olan siyasi dəyişiklik təsir göstərə bilər. Hesab edirəm ki, post-pandemiya dövründə dolların hərəkətliliyi daha çox ölkələrin milli valyutalarına nisbətdə obyektiv dəyərini göstərməklə xarakterizə olunacaqdır ki, bu da rəqəm baxımından yüksəlmə deməkdir.
Xatırlamaq lazımdır ki, 2020-ci ildə dollar inkişaf etmiş ölkələrdə dəyər itirsə də, inkişaf etməkdə olan ölkələrdə dəyər qazanıb. Əlbəttə ki, buna koronavirus pandemiyası və iqtisadi böhranları da əlavə etsək, dolların əslində ölkələri borclandırma baxımdan bir ortaq pul vahidi olduğunu təsdiq etmiş olarıq. Bu da faiz təhdidlərini heç bir zaman istisna etmir".
İqtisadçı K.Məmmədov hesab edir ki, investorlar dollara nisbətən qızıla sərmayə qoysalar, onlar üçün daha münasib olar:
"Qızıl uzun müddətli gəlirlilik göstəricisinə malikdir. Bu baxımdan o, daha çox müstəqil dəyərə malik bir mədəndir.
İnvestorlara tövsiyəm budur ki, hər zaman qazandıran və uzun müddət üz güldürən qızıl və zinət əşyalarına investisiya qoymağa davam etsinlər. Yalnız seçim dollar və qızıl arasında gedirsə, onlar bu seçimi edə bilərlər. Çünki alınan və yatırılan investisiyalar arasında geri qaytarıla bilən və illər keçsə də dəyərini itirməyən yeganə məhsul qızıldır. Qızıl, qeyri-müəyyənlik dövrlərdə dəyər qazanması ilə yanaşı, inkişafda olan ölkələrdə iqtisadi böhranlar və loru dildə desək, pis gündən xilas olmanın qan damarı olub və olacaqdır".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə