İqtisadçı: "İşlərini itirənlərə müddət gözləmədən sosial yardım tətbiq olunmalıdır"
Məlahət Rzayeva
09:15 31.03.2020
İqtisadiyyat
970
Koronavirusla mübarizədə vətəndaşlardan sadəcə, evdə qalmaqla dövlətə dəstək olmaları xahiş edilir. Lakin bəzən əksini müşahidə edirik. İşi oldu, olmadı, evdən çıxan, ictimai nəqliyyatda gərəksiz sıxlığa səbəb olanlar hələ də var.
Belə bir vəziyyət hökuməti daha sərt tədbirlərə əl atmağa vadar edir. Amma bunu da unutmaq olmaz ki, “evdə qal”a məcburən riayət edə bilməyənlər gündəlik qazanc ardınca gedənlərdir. Azərbaycan hökuməti bir sıra sosial paketlər təklif etməyi nəzərdə tutur. Milli Məclisin dünənki iclasında da bəzi təkliflər səsləndi. Kommunal xərclərin sıfırlanması, kreditlərin müddətinin uzadılması kimi. Bəs iqtisadçılar nə düşünür? Belə vəziyyətdə əhaliyə, xüsusən də aztəminatlı təbəqəyə hansı sosial paketlər təklif edilməlidir?
İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hazırda vətəndaşların üzərinə düşən əsas vəzifə virusun yayılmasının qarşını almaqda dövlətin əldə etdiyi üstünlüyü qoruyub saxlamaqdır.
Həmçinin iqtisadçı işsiz və işlərini müvəqqəti itirən, o cümlədən (günəmuzd işləyənlər və s.) vətəndaşlarımıza müddət gözləmədən sosial yardım (vacib istehlak olunan ərzaq məhsulları səbəti və yaxud ekvivalent pul vahidi+kommunal güzəştlər) tətbiq edilməsinin vacibliyini vurğuladı və qeyd etdi ki, hökumət yardım paketləri elan edib və bütün iqtisadi və sosial sektorlar öz payına düşəni alacaq:
-Koronavirus dünyanın bütün ölkələrini sosial və iqtisadi vəziyyətini iflic edib. Demək olar ki, bütün ölkələrin hokumətləri müxtəlif yardım paketlərini elan edib. Burada iqtisadi və sosial sektorlarlar öz payına düşəni alacaq. Azərbaycan hokuməti ümumiyyətlə koronavirus bəlasının qarşısını almaq istiqamətində operativ sosial izolyasiya və karantin rejimini vaxtında tətbiq etməklə bir çox ölkələrin səhvini təkrarlamadı və əsaslı şəkildə yayılmanın ilkin stadiyada qarşısını aldı. Lakin burada vətəndaşlar həmrəylik göstərməsələr biz bu qazandığımız göstəriciləri tez bir vaxtda itirə bilərik. Burada əsas səbəblərdən biri sosial izolyasiya və karantin rejiminin pozulması ola bilər. Lakin bu problemə diferensial qayda ilə yanaşmaq lazımdır.
Rejimi pozanlar 2 qrupa bölünür. 1) hava almaq, evdə oturmaqdan bezmişəm fikirli və s. məsuliyyətsizlər 2) işsiz və koronavirus bəlasının təsiri nəticəsində müvəqqəti iş yerlərini itirənlər, müxtəlif xidmətlərlə gündəlik qazanc əldə edənlər. Birinci qrupa daxil olan vətəndaşlar profilaktik və inzibatı tədbirlərlə praktiki olaraq problem kimi aradan qaldırıldı. 2-ci qrupa daxil olan vətəndaşların problemi isə konkret şəkildə həll olunmalıdır. Bu qrupa daxil olan insanlar bir gün minimum olsada qazanc əldə etməsə, onların ailələri konkret olaraq aclıqdan əziyyət çəkmiş olarlar. Bu baxımdan da cənab Prezident İlham Əliyev ilk günlərdən koronavirusun vurduğu ziyanla mübarizəyə ilkin olaraq 1 mlrd. və dünən axşam saatlarında İqtisadiyyat Naziri Mikayıl Cabbarovun qeyd etdiyi kimi lazım olduqda lap 2 mlrd və daha çox vəsait ayrılacağı haqda məlumat vermişdir.
Burada müxtəlif sosial paketlər və hatta elektrik enerjsinin kvotasının aradan qaldırılması kimi fikirlər də söylənildi. İqtisadçı kimi onu qeyd etmək istərdim ki, bu gün müxtəlif ölkələr müxtəlif yardımlar edir öz vətəndaşlarına. Ancaq bunun hansının düz və yaxud, hansının gələcəkdə düz olmayacağını indi söyləmək çətindir. Çünkü, koronavirus bəlasının bitəcəyi tarix və zaman hələ bəlli deyil. Yəni bu gün veriləcək sosial yardımlar, köməklər, vergi və bank krediti tətilləri və s. OPTİMAL səviyyədə davamlılığını qoruma qabiliyyəti ilə həyata keçirilməlidir. Ancaq işsiz və işlərini müvəqqəti itirən o cümlədən günəmuzd işləyənlər və s. vətəndaşlarımıza müddət gözləmədən sosial yardım (vacib istehlak olunan ərzaq məhsulları səbəti və yaxud ekvivalent pul vahidi+kommunal güzəştlər) tətbiq olunmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm