
İqtisadçı: Mövcud vəziyyətdə siqaret qiymətləri bahalaşmamalıdır
Yusif Nəzərli
13:15 11.05.2025
İqtisadiyyat
506
Siqaret istifadəçilərini yaxın günlərdə qiymət artımı gözləyir.
Teleqraf xəbər verir ki, satış şəbəkələrinə artıq “Sabrania” markalı siqaretlərin qiymətinin qaldırılması ilə bağlı təlimat göndərilib.
Artım ilkin mərhələdə yalnız “Sabrania” məhsullarına aid olacaq və təxminən 30 qəpik təşkil edəcək.
Marketlərdə qiymət dəyişikliyi üçün hazırlıqlar başlayıb.
Qiymət dəyişikliyinin digər siqaret markalarına şamil olunacağı ilə bağlı hər hansı məlumat yoxdur.
Rəsmi açıqlama verilməsə də, gözləntilər odur ki, qiymət artımı qarşıdakı günlərdə qüvvəyə minə bilər.
İqtisadçı Razi Abbasbəyli Sherg.az-a bildirib ki, hazırda pərakəndə satış bazarında olan tütün məhsullarının və siqaretlərin qiymətinin bahalaşacağını düşünmür:

“Çünki buna səbəb olan heç bir iqtisadi amil yoxdur. Vergi və aksiz rüsumları artırılmayıb, eyni zamanda idxalla bağlı hər hansı bir çətinlik yoxdur. “Sabraniya” markalı siqaret dünyanın müxtəlif nöqtələrində qablaşdırılır. Azərbaycana idxal edilən “Sabraniya” markası isə Şərqi Avropada və Rusiyada qablaşdırılır. Böyük ehtimal ki, Rusiyadan Azərbaycana idxal edilən “Sabraniya”markası ilə bağlı istehsalçı qiymətləri artırdığına görə, bu siqaret markasının qiyməti bahalaşıb. Bəzən məhsul üzrə markaların satışında premium kateqoriyaya keçmək üçün istehsalçılar özləri qiymətləri bahalaşdırırlar. Yəni ola bilsin ki, “Sabraniyanı" premium markaya çevirməklə bağlı qərar qəbul olunub. Buna görə də Azərbaycan bazarında və digər ölkələrin bazarlarında qiymətlər arta bilər. Lakin araşdırmalar göstərir ki, “Sabraniya" markası hazırda yalnız Azərbaycanda bahalaşıb. İlin əvvəlindən bu günə qədər istər Yaponiyadakı istehsal zavodundan, istərsə də Şərqi Avropadan ixrac edilən “Sabraniya”markası üzrə siqaretlərin qiymətində bahalaşma yoxdur. Ola bilsin ki, Rusiyada olan zavod Azərbaycana ixrac etdiyi “Sabraniya” markasını bahalaşdırıb. Digər tütün məhsulları və bir çox siqaret Azərbaycanda qablaşdırılır. Yaxın günlərdə onların təkrar bahalaşma ehtimalının olacağını düşünmürəm. Eyni zamanda, logistik problemlər də yoxdur. Mövcud vəziyyət üçün normal iqtisadi yanaşmada qiymətlər bahalaşmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm