
İqtisadçı: Qızıl ixracının artımı iqtisadi sabitliyə xidmət edir
13:56 03.11.2025
İqtisadiyyat
441
Razi Abbasbəyli: Ölkəmiz qızıl ixrac etdikcə milli valyutamız daha çox qorunmuş olur
2025-ci ilin yanvar-sentyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (27.4 milyon ABŞ dolları) birinci olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında qeyd olunub.
Hesabat dövründə 238 milyon AB dolları dəyərində qızıl ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl ixracında 2 dəfədən çox artım olub.
Bu, çox artması bu sahədə həyata keçirilən investisiyaların və istehsalın genişləndirilməsi siyasətinin təsdiqidir. Bununla yanaşı, qızıl sənayesi həm yerli iqtisadiyyatın dayanıqlılığını artırır, həm də xarici valyuta gəlirlərinin artmasına töhfə verir. Qızılın dünya bazarındakı qiymətinin davamlı yüksəlməsi isə Azərbaycanın bu sektorda mövqeyini daha da gücləndirir. Dövlətin dəstəyi və sənaye iştirakçılarının səyləri nəticəsində ölkədə müasir texnologiyaların tətbiqi və keyfiyyət standartlarının yüksəldilməsi sahəsində ciddi işlər görülür.
İqtisadçı Razi Abbasbəyli Sherg.az-a deyib ki, Azərbaycanın qızıl ixracının artmasının bir sıra səbəbləri var:

"İlk növbədə, Gədəbəy-1, Gədəbəy-2, Filizçay və Çovdar yataqlarında qızıl hasilatının həcminin artırılması və yeni texnologiyalardan istifadə olunması bu sahədə ciddi artımlara gətirib çıxarıb. 2023 və 2024-cü illərin statistik məlumatlarına nəzər salsaq, bu dövrdə Azərbaycan həm Avstriyadan, həm də Hindistandan və digər qızıl ixrac edən ölkələrdən iki dəfədən çox artımla qızıl idxal etməyə başlamışdı. Lakin son bir neçə ay ərzində Azərbaycan artıq qızıl ixracatçısına çevrilib. 2025-ci ilin ilk iki ayında qızılın bir unsiyası təxminən 2400–2500 ABŞ dolları civarında ticarət olunurdu. Avqustun sonlarından etibarən isə dünya birjalarında qızılın qiymətində sürətli artım müşahidə edildi. Hazırda bir unsiyanın qiyməti 4000 dollara qədər yüksəlib. Beləliklə, Azərbaycan ötən iki il ərzində idxal etdiyi qızılı 2025-ci ildə satmaqla təxminən 31–34% gəlir əldə edib.
Qızıl ixracının artması Azərbaycanın qeyri-neft sektorundan gələn gəlirlərin çoxalmasına səbəb olub. Bu, həmçinin dövlət gəlirlərinin sabitləşməsinə və manatın xarici amillərdən asılılığının azalmasına gətirib çıxarıb. Ölkəmiz qızıl ixrac etdikcə milli valyutamız daha çox qorunmuş olur".
Ekspert qeyd edib ki, qızıl ehtiyatlarının genişlənməsi torpaqlarımızın işğaldan azad edilməsindən sonra sürətlənib:
"Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən bir sıra qızıl yataqlarının tam istismarı hələ başa çatmasa da, bəzi sahələrdə hasilat işləri artıq həyata keçirilir. Bütün bunlar Azərbaycanın qızıl ehtiyatlarının artmasına və vaxtında dünya bazarlarına çıxarılmasına şərait yaradıb. Ümumilikdə, Azərbaycan həm idxal, həm də ixrac sahəsində qızıl üzərindən apardığı bu ticarətlə əhəmiyyətli gəlirlər əldə edir. Bu, ölkənin düzgün və rasional iqtisadi siyasətinin nəticəsi kimi qiymətləndirilə bilər".
Aynur Babazadə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi