
İqtisadçıdan SOS: Ət 30 manata qalxa bilər
10:06 09.09.2025
İqtisadiyyat
520
Eldəniz Əmirov: Ətin qiymətinin artmasına səbəb sadəcə bazar oyunlarının nəticəsi deyil
Torpaq islahatı və süni yem istehsalı olmadan ət ucuzlaşmayacaq
“Bu gedişlə ətin qiyməti davamlı olaraq artacaq. Azərbaycanda ətin qiymətinin artımı sadəcə bazar oyunlarının nəticəsi deyil. Məsələyə bir az dərindən baxanda görürük ki, əsas problem torpaq sahəsi, onun idarəçiliyi və əhali amillərində gizlənir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında iqtisadçı- ekspert Eldəniz Əmirov deyib.
Rəsmi statistikaya istinad edən ekspert vurğulayıb ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi 20 il əvvəl 4 milyon 758 min hektar idi, bu gün isə cəmi 4 milyon 774 min hektardır:

“ Yəni ümumi rəqəm demək olar dəyişməyib. Amma eyni dövrdə əhalimiz 8,5 milyondan artaraq 10,2 milyonu keçib. Nəticədə adam başına düşən yararlı torpaq 0,56 hektardan 0,47 hektara enib. Bu isə çox ciddi fərqdir.
Əhali artır, yararlı torpaq sahəsi isə artmır. Əvəzində bu 20 ildə əkin yerləri 237 min hektar artıb. Dincə qoyulmuş torpaqlar 14 min hektar artıb. Çoxillik əkmələr 53 min hektar artıb. Hətta meşə örtüyü də 5 min hektar artıb.
Göründüyü kimi hər sahəyə ayrılan ərazi artıb. Amma ölkənin yararlı torpaq sahəsi artmayıb. Deməli, bu artımlar hansısa sahənin azalması hesabına baş verib. Bu azalan hissə isə örüş və otlaq sahələridir. Bu isə o deməkdir ki, kənd təsərrüfatında heyvandarlığın əsas dayağı olan sahələr getdikcə daralır. Nəticədə yem bazası zəifləyir, otlaq imkanları məhdudlaşır, bu da birbaşa ətin maya dəyərinə təsir göstərir və ət qiyməti davamlı yüksəlir”.
Çıxış yoluna gəldikdə isə E.Əmirov qeyd edib ki, genetik seleksiya, məhsuldar cinslərin gətirilməsi, aqrotexniki innovasiyalarla daha az torpaqda daha çox məhsul əldə etməklə bağlı təkliflər səsləndirsək, yəqin ki, bu sahəyə məsul şəxslərdən cavab gələcək ki, bu işlər görülür:
“Məsələ ondadır ki, problem hələ də qalır. Deməli, bu kifayət deyil, daha ciddi addımlar atmaq lazımdır.
Torpaq idarəçiliyi islahatına ehtiyac var. Torpaq bölgüsü və istifadəsində şəffaflıq artırılmalı, istifadəsiz qalan torpaqlar mütləq kənd təsərrüfatına cəlb olunmalıdır. Ən vacib məsələlərdən biri isə böyük həcmli süni yem istehsalına keçiddir. Dünyanın aparıcı ölkələrində intensiv heyvandarlığın əsası süni yem istehsalıdır. EYni zamanda kiçik fərdi təsərrüfatlar resurs çatışmazlığı yaşayır. Kooperasiya və iri təsərrüfatlar həm yem istehsalını, həm də heyvandarlığı daha səmərəli edə bilər. Su resurslarından ədalətli istifadə isə problemin digər ağrılı tərəfidir. Nə qədər ki su resurslarının bölgsündə bu problem qalacaq, o qədər kənd təsərrüfatının ənsər sahələri əziyyət çəkəcəkdir. Beləliklə, ət qiymətini 17 manata qaldıran “17” səbəbdən sadəcə bir neçəsinə toxunduq. Necə əmin olmaq olar ki, qısa müddətdə 20 faizədək artan ət qiymətləri bir gün 30 manata da çatmayacaq? Çünki, səbəblər təkcə iqtisadi qanunlarla bağlı olmadığından “ətin gələcək taleyini” proqnoz etmək mümkün deyil.
Əslində, qlobal infilyasiya, artan əhali sayı və məhdud torpaq resursları bu artımı şərtləndirən obyektiv səbəblərdir. Lakin bunun da üzərinə subyektiv səbəbləri gəldikdə risklər böyüyür. Buna görə də bu prosesin qarşısını almaq mümkün deyil. Onsuz da obyektiv səbəblər qiymətin qalxmasını məcburi hala gətirəcək. Sadəcə ciddi tədbirlərlə subyektiv faktorları aradan qaldırmaqla bu artımın sürətini azaltmaq mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm