"İslahatlar kölgə iqtisadiyyatının minimumlaşdırılmasına xidmət edir”
Turan
06:41 23.05.2020
İqtisadiyyat
1150
“Dövlət-vətəndaş həmrəyliyi kölgə iqtisadiyyatından, qeyri-leqal iqtisadiyyatdan leqal iqtisadiyyata tam çıxışı təmin edəcək”
“Bu da imkan verəcək ki, pandemiya dövründə müşahidə edilən həmrəylik post-pandemiya dövründə də biznesin bu islahatlara dəstəyi formasında müşahidə olunsun”
“Son illər həyata keçirilən dərinləşmiş islahatlar kölgə iqtisadiyyatının payının minimumlaşdırılmasını və iqtisadiyyatda şəffaflığın genişləndirilməsinə xidmət edir”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Deputat vurğulayıb ki, bu islahatlar qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaradır:
“Nəzərə alsaq ki, 2020-ci ilin birinci rübündə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə daxilolmaları 21,3 faiz artıb. Bu, 4 milyard manatlıq daxilolma deməkdir. Eyni zamanda, qeyri-rəsmi məşğulluğun azalması istiqamətində fəaliyyət genişlənib. Ötən il 153 min yeni əmək müqaviləsi bağlanıb ki, onlardan 99 mini özəl sektorun payına düşüb. Bütövlükdə, son beş ildə 172 mindən çox əmək müqaviləsi bağlanıb. Pandemiya dövründə dövlət və özəl sektorda çalışan vətəndaşlarımıza dövlət tərəfindən birbaşa dəstəyin göstərildiyini deyən V.Bayramov qeyd edib ki, bu müddətdə hər iki sektorda çalışan 1 milyon 660 min vətəndaşın məşğulluğun qorunub saxlanması və onların işsizlik riskinin qorunması üçün dövlət tərəfindən maliyyə yardımı həyata keçirilib. Bu da pandemiyanın həmin vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılmasına gətirib çıxarıb. Eyni zamanda, bu müddətdə sahibkarlar üçün güzəştli kredit paketi artırılıb, eləcə də subsidiyalar verilib. Bu da sahibkarların həm birbaşa, həm də dolayı dəstəkdən istifadəsi imkanı deməkdir”.
İqtisadçı deputat vurğulayıb ki, Azərbaycanda həyata keçirilən dəstək paketinin digər strateji özəlliyi ondan ibarət idi ki, qeyri-rəsmi məşğulluqda çalışan vətəndaşlarımız da bu dövlət dəstəyindən yararlana bilib:
“Belə ki, ölkə başçısının tapşırığı ilə 600 min vətəndaşa 190 manat birdəfəlik yardım verilib. Bu vətəndaşların bir qismi kölgə iqtisadiyyatında çalışanlar idi. İşsiz, qeyri-rəsmi məşğulluqda çalışan və muzdla işləyən vətəndaşlarımıza dövlət dəstəyi bir daha ondan xəbər verir ki, Azərbaycan üçün postpandemiya dövründə iqtisadiyyatın “ağarması”, qeyri-leqal iqtisadiyyatın payının azaldılması prioritet istiqamətlərdən biri olacaq. Bu baxımdan postpandemiya dövründə biznesin də dövlətin həyata keçirdiyi siyasətə birbaşa dəstək olması və iqtisadiyyatın şəffaflığı istiqamətində aparılan islahatları daha yaxından dəstəkləməsi vacibdir. Pandemiya dövründə dövlət vətəndaşların, sahibkarların yanında oldu, onlara dəstək nümayiş etdirdi”.
V.Bayramov bəyan edib ki, bu dövrdə sahibkarların qeyri-rəsmi məşğulluğun miqyasının minimuma endirilməsi, gizli iqtisadiyyatın payının azaldılması ilə bağlı islahatlara və təşəbbüslərə dəstək olması və daha şəffaf fəaliyyət göstərməsi önəmlidir:
“Dövlət-vətəndaş həmrəyliyi kölgə iqtisadiyyatından, qeyri-leqal iqtisadiyyatdan leqal iqtisadiyyata tam çıxışı təmin edəcək. Bu da imkan verəcək ki, pandemiya dövründə müşahidə edilən həmrəylik post-pandemiya dövründə də biznesin bu islahatlara dəstəyi formasında müşahidə olunsun. Bu da təbii ki, biznes daxil olmaqla cəmiyyətin böyük dəstəyi ilə postpandemiya dövründə də islahatlara davam edəcəyindən xəbər verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya