8-14 dekabr tarixlərini əhatə edən EUROCONTROL hesabatına görə, İstanbul Havalimanı gündəlik orta hesabla 1444 uçuşla Avropanın ən sıx hava limanı oldu. Sherg.az xəbər verir ki, ən yaxın rəqibi Londra Heathrow gündəlik 1308 uçuşla ikinci yerdə qərarlaşdı. Paris Charles de Gaulle və Amsterdam havalimanları müvafiq olaraq 1285 və 1260 uçuşla ardınca gəldi.
İstanbul Sabiha Gökçen Havalimanı isə gündəlik 751 uçuşla Avropanın ən sıx 10-cu hava limanı olub.