Kərə yağı Azərbaycanda rekord qiymətə çatdı, ucuzlaşmayacaq - EKSPERT

Kərə yağının idxal rüsumuna tətbiq edilən güzəştin artıq qüvvədən düşməsi qiymətin qalxacağı ehtimalını yüksəldir. Bu barədə Sosial-Strateji Tədqiqatlar və Analitik Arașdırmalar Mərkəzinin məlumatında bildirilir. Qeyd olunur ki, 2017-ci ildən bəri 5% səviyyəsində tətbiq olunan idxal rüsumu bu ildən yenidən 15%-ə qaldırılıb.

Əgər bura dașınma, saxlama və inflyasiya xərclərini də daxil etsək 17-23% aralığında qiymət artımına gətirib çıxaracaq. Bu artım əhaliyə satılan biskvit, peçenye, evlərdə hazırlanan șirniyyat və.s istehlak mallarının, restoran və kafelərdə qida məhsullarının da bahalașmasına səbəb olacaq. Bir sözlə avtomobil bazarında olduğu kimi qida sektorunda da 2026-cı il bahalșma ili kimi müșahidə ediləcək. 

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, kərə yağının qiymətləri markadan, çəkidən və satıldığı mağazadan asılı olaraq dəyişir. 1 kq üçün təxminən 13 ₼ - 30 ₼ arasında, 500 qram üçün 14.50 ₼ - 16 ₼ arasında, 180-250 qramlıq kiçik qablaşdırmaların qiyməti isə 4 ₼ - 10 ₼ aralığındadır: 

- Məsələn, Birmarket saytında müxtəlif növlər mövcuddur, 1 kq Best Cow yağı ~24.50 ₼, 500 q Qaymaq yağı ~14.50 ₼, 180 q Atena isə ~4.70 ₼ təşkil edir. Əsas Qiymət Aralıqları (Təqribi): 1 kq: 13 ₼ (Molendam, endirimli) - 29.99 ₼ (Pınar). 500 q: 14.50 ₼ (Qaymaq) - 15.50 ₼ (Valio). 180-250 q: 4.70 ₼ (Atena) - 10 ₼ (fərqli markalar). Qiymətə təsir edən amillər kərə yağının markasıdır. Best Cow, Valio, Molendam kimi yerli və idxal məhsulların qiymətləri fərqlidir. 82.5% yağlılıq standartdır, lakin fərqli məhsullarda faiz dəyişkən ola bilir. 

İqtisadçı qeyd etdi ki, Azərbaycanda bir çox istehsalçılar xammalı xaricdən idxal etdikləri üçün, qlobal qiymət dəyişiklikləri yerli bazara da təsir edir: 

- Bundan əlavə, ölkədə südlük istiqamətli heyvanların sayının tələbatı tam ödəməməsi və iqlim dəyişiklikləri kimi amillər də qiymət artımına səbəb olan digər faktorlardır. Heyvandarlıqla bağlı ciddi problemlər mövcuddur. Bu da süd məhsullarının istehsalının yerli tələbatı ödəməməsinə gətirib çıxarır. Nəticədə idxaldan asılı vəziyyət yaranır.