KİV: Dollar və avro tarixi olacaq, yeni dünya valyutası gəlir

İngiltərədə özünü astrolog və medyum olaraq təqdim edən Selina Avalon, yaxın 5-10 il ərzində milli valyutaların (dollar, avro, funt) yerini tək bir rəqəmsal dünya valyutasının ala biləcəyini iddia edib. Sherg.az xəbər verir ki, Avalon yeni sistemin əvvəlcə müəyyən regionlarda tətbiq olunacağını, daha sonra isə qlobal miqyasda yayılacağını bildirib.

Medyum eyni zamanda bu valyutanın adının Roma mifologiyasından ilham ala biləcəyini söyləyib. Avalon’a görə, bu dəyişiklik yalnız valyutaların əvəzlənməsi deyil, həm də mərkəzi banklar və hökumətlərin rolunda fundamental yenidənqurma gətirəcək.

O, bu transformasiyanın qlobal maliyyə böhranlarına və valyuta sistemindəki mövcud çatışmazlıqlara potensial həll təqdim edə biləcəyini vurğulayıb.