Lirə manata qarşı 17,3% ucuzlaşıb, avro10,4 % artıb

Ötən ay Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarının manata qarşı məzənnəsində ilin əvvəlinə nəzərən həm bahalaşma, həm də ucuzlaşma qeydə alınıb. Dolların manata qarşı məzənnəsi isə sabit qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib.

Belə ki, Türkiyə lirəsi ilin əvvəli ilə müqayisədə manata qarşı 17,3 faiz ucuzlaşıb. Avronun manata qarşı məzənnəsi isə 10,4 faiz artıb.

Eyni dövrdə rublun manat qarşısında dəyəri 28,9 faiz artıb. Britaniya funt-sterlinqi də manata qarşı 4% bahalaşıb.

Ukrayna qrivnası isə ilin əvvəlinə nəzərən manata qarşı 0,8 faiz dəyər itirib. Gürcüstan larisi və Qazaxıstan tengəsinin məzənnələri isə müvafiq olaraq 3,7 faiz artım göstərib.

Qeyd edək ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1.7000 manat olub. Lirənin manat qarşısında dəyəri sabit qalaraq 100 lirə üçün 3.97 manat təşkil edib. Avronun məzənnəsi 2.0019 manata, 100 rublun məzənnəsi isə 2.1512 manata enib.