Maliyyə naziri Dünya Bankının regional rəhbəri ilə görüşüb
Yusif Nəzərli
17:18 03.04.2025
İqtisadiyyat
450
Aprelin 3-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays və Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz regionu üzrə rəhbəri xanım İvana Duarte ilə görüşüb.
Sherg.az xəbər verir ki, görüşdə Azərbaycanda Dünya Bankının maliyyələşdirdiyi layihələrin hazırkı icra vəziyyəti, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq və ölkə üzrə iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunub.
R.Prays Dünya Bankının Azərbaycan üzrə növbəti 5 il üçün Ölkə Tərəfdaşlıq Strategiyasının təsdiq edildiyini diqqətə çatdıraraq, Strategiyaya uyğun olaraq Azərbaycanda bır sıra sahələri əhatə edəcək layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı o, fiskal qaydaların, büdcə qanunvericiliyinin və büdcə təsnifatının təkmilləşdirilməsində, həmçinin mühasibat haqqında yeni qanun layihəsinin hazırlanmasında Dünya Bankının dəstək göstərə biləcəyini diqqətə çatdırıb.
Azərbaycanın Dünya Bankı Qrupu ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayan nazir S.Babayev bildirib ki, ölkəmiz bu maliyyə institutu ilə yeni layihələrin həyata keçirilməsində maraqlıdır.
Görüşdə tərəflər arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehranda partlayış səslərinin səbəbi məlum oldu - YENİLƏNDİ
11:44 11.07.2026
Region
CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır
11:37 11.07.2026
Region
Tehranda partlayış səsləri eşidildi
11:33 11.07.2026
Dünya
Dərman qəbulunda edilən səhv
11:17 11.07.2026
Sağlamlıq
Azərbaycan lideri Monqolustan Prezidentinə təbrik ünvanlayıb
11:06 11.07.2026
Gündəm
Neft bahalaşdı
10:34 11.07.2026
İqtisadiyyat
Rusiyaya zərbələr üçün xüsusi komandanlıq yaradıldı
10:25 11.07.2026
Gündəm
Azarov: Ukraynada siyasi terror qurbanlarının sayı 150-ni keçib
10:04 11.07.2026
Dünya
Mayamidəki milyonluq mənzilini 1 dollara satdı
09:07 11.07.2026
Şou
Fidan: S-400 məsələsinin həlli üçün Rusiya ilə danışıqlar vacibdir
08:37 11.07.2026
Dünya
Hamiləlik xəbərlərini yalanladı
07:50 11.07.2026
Şou
Xoruldamaq nə vaxt təhlükəli hesab olunur?
07:17 11.07.2026
Sağlamlıq
Yeni telefon batareyaları yaradılır - Enerji bitməyəcək
06:36 11.07.2026
Texnologiya
Zelenskiyə müxtəlif vasitələrlə təsir göstərirlər - Patruşev
06:01 11.07.2026
Aktual
Portağalların qırmızı torbada satılmasının səbəbi məlum oldu
05:25 11.07.2026
Maraqlı