Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi isə 0,9 % artaraq 2,0162 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,2 % azalaraq 2,2434 manat təşkil edib.
İqtisadçı Xalid Kərimli “Sherg.az”a açıqlamasında bildirdi ki, buna səbəb manatın dollara yapışdırılmasıdır: 
- Manat yapışdırılıb dollara, sanki qoşqudur, avtobilə pərçimlənib, fiks edilib. Manat dollara nisbətdə sabit saxlanılır, amma digər valyutalara nisbətdə dəyişir. ABŞ dolları digər valyutalara nisbətdə hər gün dəyişir, enir-qalxır. Amma Azərbaycan manatı dollara nisbətdə sabit saxlandığına görə, dolların məzənnəsi dəyişmir, amma digər valyutalara nisbətdə dəyişiklik baş verir. Dollar dünya bazarında avroya görə, məsələn rubla görə dəyişdiyinə görə manata görə də həmin məzənnələr dəyişir. Dollar necə dəyişirsə, manat da digər valyutalara görə dəyişir.