"Manatın taleyinə də aydınlıq gətirilməlidir" - Vahid Əhmədov
08:30 06.08.2020
İqtisadiyyat
640
“Neftin dünya bazar qiymətinin düşməsi, pandemiya iqtisadiyyata təsir edir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
O bildirib ki, hər yeri bağlayaraq, pandemiyaya görə dövlət büdcəsinə baxılması məsələsinin ciddi təhlilə ehtiyacı var: “Qonşu dövlətlərdə bütün müəssisələr, xidmət obyektləri işləyir. Burda çıxış edən millət vəkilləri sahibkara, insanlara kömək etməyi tələb edirlər.
Amma proses belə davam etsə, biz ikinci yarıda ciddi problemlərlə üzləşəcəyik. Nazirlər Kabineti, Operativ Qərargah hansı sahələrin işləməsinin mümkünlüyü barədə düşünməlidir. Bu məsələləri siyasiləşdirməyə ehtiyac yoxdur. Nazirlər Kabineti işləməsi mümkün olan müəssisələrinin siyahısını hazırlamalıdır. Büdcə sisteminə, büdcə qaydalarına dəyişiklik etməyimiz düzgün qərardır. Amma bu, uzun müddət davam edə bilməz. Müddəti uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər. İstehsal sahələrinin təcili işləməsi lazımdır”.
Deputat qeyd edib ki, iqtisadi fəaliyyətlə bağlı ayrılan vəsaitdə nə “Azərsu”, nə də “Meliorasiya və Su Təsərrüfatı” ASC nəzərdə tutulub: “Bu gün bizim əsas problemimiz su ilə bağlıdır. Necə ola bilər ki, bu qurumlara vəsait ayrılmasın”.
Deputat bildirib ki, manatın taleyinə də aydınlıq gətirilməlidir: “İqtisadiyyatın böhran dövründə bu məsələ bizim üçün çox vacibdir. Dörd bank pandemiya dövründə bağlandı. Konstitusiya Məhkəməsi də hələ bununla bağlı qərar verməyib. İnsanlar əmanətlərini ala bilmirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya