Bəzi meyvə və tərəvəzlərin mövsümi ötüb keçib, amma, qiymətlər düşmür ki, düşmür. Təbii olaraq bu da ciddi narazılıqlara yol açır.
Məhsul var, bazar yox... ! – Bahalaşmanın səbəbi göstərildi
Nihat Müzəffər
10:34 01.07.2020
İqtisadiyyat
1667
“Koronavirusla bağlı meyvə-tərəvəz bazarına idxal məhsullarının gətirilməsində də problem yaşanır”
“İlk növbədə rayonlarımızda tədarük məntəqələri yaradılmalıdır. Sahibkarlar öz məhsullarını birbaşa ora verməlidir”
“Daha sonra isə həmin məhsulları dövlət özü əsas tələbat şəhərlərinə göndərməlidir”
Artıq yaya fəslinin ikinci ayındayıq. Əhali hər il bu vaxt, sanki səbirsizliklə bazarlarda, marketlərdə və meyvə-tərəvəz mağazalarında mövsümi məhsulların qiymətinin ucuzlaşmasını gözləyir. Lakin deyəsən bu il mövsimi meyvə-tərəvəzlərin qiymətində azalmanı çox gözləməli olacağıq.
Bəzi meyvə və tərəvəzlərin mövsümi ötüb keçib, amma, qiymətlər düşmür ki, düşmür. Təbii olaraq bu da ciddi narazılıqlara yol açır.
Marqlıdır, ölkə daxilində əkib-becərilən mövsümi meyvə- tərəvəzlərin qiymətinə təsir edən faktorlar nədir? Nə üçün qiymətlər enmir ?
Suallarımızı cavablandıran kənd təssərüfatı məsələləri üzrə ekspert Qadir Bayramlı “Sherg.az”a bilidirb ki, meyvə-tərəvəz məhsullarının qiymətinin dəyişməmsinin bir neçə səbəbi var:
“Yaz fəslində keçən qeyri-sabit hava şəraiti respublikanın bəzi rayonlarında meyvə tərəvəz əkinlərinə ciddi təsir göstərdi. Ona görə də bəzi sahibkarlar məhsul yığımında istənilən nəticəni almadı. Amma ölkənin bütün rayonlarında belə deyil. Bir çox regionumuzda kifayyət qədər meyvə -tərəvəz var. Lakin “COVİD-19” pandemiyasına qədər uzun illər rayonlardan iri yük daşıyan maşınlara yüklənmiş meyvə-tərəvəz asanlıqla paytaxt bazarına daxil ola bilmir.
Yəni məhsul var, amma onun iri bazarlara çıxarılmasında problem var. Eyni zamanda koronavirusla bağlı meyvə-tərəvəz bazarına idxal məhsullarının gətirilməsində də problem var. Bu faktor qiymətlərə təsir etsə də, az əvvəl sadaladığım amillər kimi iri miqyaslı deyil”.
Ekspert onu da söyləyib ki, iri şəhərlərdə meyvə və tərəvəzlərin qiymətini stabilləşdirmək üçün bəzi işlər görməliyik:
“İlk növbədə rayonlarımızda tədarük məntəqələri yaradılmalıdır. Sahibkarlar öz məhsullarını birbaşa ora verməlidir. Daha sonra isə həmin məhsulları dövlət özü əsas tələbat şəhərlərinə göndərməlidir.
Bundan əlavə karantin rejimində olduğumuz üçün sahibkarların öz məhsullarını paytaxt və iri şəhərlərə gətiməsi üçün xüsusi proqram təşkil olunmalıdır. Bu kimi tədbirlər həyata keçirilsə, düşünürəm ki, meyvə-tərəvəz bazarında müəyyən qiymət azalması müşahidə olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region