Məktəbli forması bahalaşır ? – RƏSMİ
Məlahət Rzayeva
11:05 17.07.2019
İqtisadiyyat
1366
Yayın ortası olsa da, valideynlər indidən məktəb bazarlığının dərdini çəkir.
Pomidordakı qiymət sıçrayışı valideynləri qorxudub. Pomidor 2 manatadırsa, məktəbli forması neçəyə olacaq? Qiymətlərdə dəyişiklik olacaqmı? “Şərq”in sualını cavablandıran Bakı Tikiş Evi satış şöbəsinin müdiri Etibar Əzimov məktəbli formasının qiymətinin dəyişmədiyini bildirdi:
- 2017-ci ildən vahid məktəbli formasının qiyməti necə təyin edilibsə, bu gün də həmin qiymətdir. I – VI siniflər üçün 40 manat, VII – XI siniflər üçün 46 manat. E.Əzimov qeyd etdi ki, BTE-nin paytaxtda 8 satış nöqtəsi fəaliyyət göstərir.
İldə 20 minə yaxın məktəbli forması tikilir. Hansı ölçülərə tələbat yaranırsa, biçmə sexinə sifariş edirik, tikirlər. Yəni, məktəbli formasının çatışmaması söhbəti ola bilməz.
E.Əzimov saxta məktəbli formaları ilə mübarizə aparmağın çətin olduğunu dedi: - “Kitayski” formalar gətirirlər, “BTE” adı ilə satırlar. O formalar “podval”larda sexlərdə tikilir. Hamısı da “poddelka”dı.
E.Əzimov orta təhsil müəssisələrinin vahid məktəbli formasına keçidi ilə bağlı Təhsil Nazirliyinin konkret əmri olmadığını da vurğuladı: - Məsələn, litseylər, gimnaziyalar fərqli formalar müəyyənləşdirir. Bəzi məktəblər var ki, öz şagirdlərinə fərqli, digər məktəblərdən seçilən forma təyin edirlər. Dövlət məktəblərində müəyyənləşmiş vahid məktəbli formasıdır. Amma bu hələ paytaxt məktəblərini əhatə edir. Bölgələr bura aid deyil.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə