Mənzil bazarında ucuzlaşma... ! – Şirkətlər əllərindəki evləri təcili satmağa çalışır – TƏHLİL
Fidan Həmişəyeva
08:07 17.06.2020
İqtisadiyyat
1258
Bütün ölkələri cənginə almış koronavirusun dünya birjalarına mənfi təsiri günü-gündən artmaqdadır. Pandemiya digər ölkələrlə yanaşı, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Bu təsir mənzil və maşın bazarında, eyni zamanda müxtəlif sahələrdə özünü göstərməkdədir.
Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır. Bu isə qlobal şəkildə iqtisadi aktivliyi zəiflədərək ümumi iqtisadi artım göstəricilərinin pisləşməsinə və geosiyasi vəziyyətin gərginləşməsinə yol açır.
Virusla əlaqədar olaraq uçuşların dayandırılması, məhsulların ixracının minimal həddə endirilməsi, ölkələrin sərhədlərinin bağlanması turizm, emal sənayesi və digər iqtisadi sahələrdə durğunluğun yaranmasına və dəyər zəncirinin davamlılığının pozulmasına gətirib çıxarır.
Bəzi ekspertlər isə bu ehtimal və qənaətdən yola çıxaraq dolların bahalaşması və manatın ucuzlaşamasına dair proqnozlar verirlər. Bu durum mənzil və maşın bazarında da kəskin şəkildə təsir göstərir. Çünki hər iki bazarda təkliflər olsa da, tələblər azdır.
İddia olunur ki, ekspertlərin qənaətincə, ölkəmizdə daşınmaz əmlak bazarında ucuzlaşma gözləniləndir. Çünki tikinti sektorunda sahibkarlar əlindəki mənzilləri sürətli şəkildə hazırlayıb istər daxili kreditlə, istərsə də bank vasitəsilə satmağa çalışırlar. Bu durum da onu göstərir ki, mənzil bazarında təklif var, tələb isə azalıb. Tələbin azalması bununla bağlıdır ki, insanlar əllərində nəğd vəsaiti saxlamağa çalışır.
Çünki indiki məqamda banklarda insanlar depozitlərini də çəkməyə çalışırlar ki, nəğd vəsaitlərini saxlasınlar və pandemiyadan sonra yeni biznes modelləri yaranarsa, buna investisiya yatırsınlar.
Bu da nəticədə daşınmaz əmlak bazarında qiymətin ucuzlaşmasına səbəb ola bilər. Əvvəllər xarici ölkələrdə fəaliyyət göstərən vətəndaşlarımız ölkənin ümummilli məsuliyyətinin artırılması nəticəsində xaricdən valyuta gətirib ölkəmizdə daşınmaz əmlak bazarına investisiya yatırırdılar. Artıq həmin investisiyalar da azalıb. Bütün bunlar ölkəmizdə 3-4 ay ərzində təklifin çox, tələbin isə azalacağına səbəb olacaq.
Pandemiyanın ikinci dalğasının yayılma ehtimalı ilə bağlı məlumatlar qlobal iqtisadiyyatda öz effektini göstərdi. Azərbaycanda ikinci dalğa ehtimalları öz effektini göstərərsə, bu da bir yandan mənzil bazarlarında qiymətin növbəti 5-6 ay ərzində bir qədər də ucuzlaşmasına gətirib çıxara bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə