Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT “Effektinvest” MMC-nin vəzifəli şəxsini 4500 manat, “Finex Kredit” BOKT ASC-nin vəzifəli şəxsini 8000 manat, “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsini isə 1500 manat cərimə edib.

Bu barədə “APA-Economics”ə AMB-dən bildirib.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, BOKT “Effektinvest” MMC-nin vəzifəli şəxsi 4 500 manat, “Finex Kredit” Bank olmayan kredit təşkilatı ASC-nin vəzifəli şəxsi 8 000 manat, “Bank olmayan kredit təşkilatı Caspian İnvestMMC-nin vəzifəli şəxsi isə 1 500 manat məbləğində cərimə edilib.