Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Yusif Nəzərli
05:30 21.04.2025
İqtisadiyyat
315
Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını verəcək.
"APA-Economics" xəbər verir ki, aprelin 23-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı üçüncü qərarını açıqlayacaq.
AMB-nin İdarə Heyəti ötən ilin mayından indiyə kimi verdiyi qərarlarda uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.
AMB-dən bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq: "Qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcək".
Qeyd edək ki, ilin əvvəlindən etibarən Azərbaycanda inflyasiya nisbətən artmaqda davam edib. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə əsasən mart ayında qeydə alınan illik inflyasiya 5,9% təşkil edib. Başqa sözlə, qeydə alınan faktiki inflyasiya AMB-nin hədəf diapozonu (4±2%) daxilindədir. Bu isə o deməkdir ki, AMB bu həftəki qərarında uçot dərəcəsində dəyişiklik etməyə tələsməyəcək və növbəti dəfə faiz dərəcəsini sabit saxlaya bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya
Tramp: Putin və Zelenski sülh sazişi imzalamaq istəyir
12:51 09.07.2026
Gündəm
Sabunçuda 48 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO
12:44 09.07.2026
Hadisə
Limonadlı qəhvə yeni trendə çevrilir
12:33 09.07.2026
Sağlamlıq
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33 09.07.2026
Dünya
Sabah 37 dərəcə isti olacaq
12:27 09.07.2026
Ekologiya
Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub
12:02 09.07.2026
Sosial
Oynaqları möhkəmləndirən marmelad hazırlanıb
11:57 09.07.2026
Sağlamlıq
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
11:56 09.07.2026
Gündəm
Əli Xameneinin cənazəsini daşıyan təyyarə Məşhədə enib
11:40 09.07.2026
Gündəm
DÇ-2026: 1/4 final matçının başlama saatı dəyişdirilə bilər
11:33 09.07.2026
Futbol
Azərbaycanda turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb
11:27 09.07.2026
İqtisadiyyat