Mikayıl Cabbarov BVF nümayəndəsini qəbul etdi
Yusif Nəzərli
16:08 04.02.2025
İqtisadiyyat
431
Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) ilə iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılmasını və dayanıqlı maliyyə imkanlarının təmin edilməsini müzakirə edib.
Axar.az xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə baş tutub.
Tərəflər həmçinin vergi islahatları, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparıblar.
Görüş zamanı Fondun Azərbaycan üzrə missiyasının fəaliyyəti üzrə nəticələrin təqdimatı olub.
Beynəlxalq təşkilatın nümayəndə heyətinə Azərbaycanda iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar haqqında məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm