Millət vəkili: "Prezidentin apardığı çoxşaxəli iqtisadi siyasət Azərbaycan xalqının gələcəyinə hesablanıb"
Turan
10:30 05.07.2020
İqtisadiyyat
1124
"Əfqanıstan, Azərbaycan və Türkmənistan prezidentləri arasında keçirilən videogörüş, pandemiya şəraitində ölkələrarası iqtisadi fəallığı artırmaq, üçtərəfli əməkdaşlığı genişləndirmək baxımından olduqca əhəmiyyətlidir".
Bu sözləri "Sherg.az"a millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, dövlət başçısı İlham Əliyevin apardığı çoxşaxəli iqtisadi siyasətin nəticəsində Azərbaycan ənənəvi neft-qaz ölkəsi olmaqdan başqa, əhəmiyyətli coğrafi mövqeyinə görə nəqliyyat-logistika mərkəzinə çevrilib:
"Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri, Xəzər dənizi üzərindən çəkilən fiberoptik kabel İKT sahəsində reqional mərkəz, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır. Azərbaycan son illərdə həyata keçirdiyi, tarixi Axalkalaki-Qars dəmiryolu tikintisini başa çatdırıb. Ələt beynəlxalq ticarət limanını istismara verib. Xəzər dənizində quru və maye yüklərinin daşınması üçün ən iri donanmanı yaradıb. Yeni gəmiqayırma zavodunu inşa edib. Hımçinin, Ələt-Böyükkəsik dəmiryolu maqistralını əsaslı təmir edərək yükdaşımaları vaxtlı vaxtında təmin edir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Donald Tusk Bakıya səfəri zamanı şəxsən Azərbaycanın yaratdığı nəqliyyat-logistika infrastrukturu ilə yerində tanış olub və yüksək qiymətləndirib".
Parlament üzvü vurğulayıb ki, son zamanlar əksər ölkələr tərəfindən dövlətlərarası ticarətdə proteksionist siyasət yeridirlır:
"Amerika Birləşmiş ştatları ilə Çin, eyni zamanda Avropa Birliyi arasında ciddi iqtisadi mübarizə gedir. Belə olan təqdirdə Azərbaycandan keçən marşrutlar ən qısa və rəqabətə davamlılığı ilə ölkəmizi daha cəlb edici edir. Son iki ilin statistikası bunu təsdiq edir, getdikcə artan dinamika müşahidə olunur. Gələcəkdə daha çox ölkələrin qoşulması mütləqdir və burada olduqca böyük potensial mövcuddur. Bir nəqliyyatçı kimi cənab Prezidentin, tariflərin unifikasiyası, gömrük qaydalarının tətbiqi və digər problemlərin operativ həlli ilə bağlı işçi qrupunun yaradılması təkliflərini yüksək qiymətləndirirəm. Çünki, vahid tarif siyasətinin olmaması, bürokratik əngəllər nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə mane olan faktorlardır".
N.Məhəməliyevin sözlərinə görə, Prezidentin irəli sürdüyü daha bir təklif, hökumətlərarası iqtisadi komissiyaların formalaşdırılmasıdır:
"Bu, həm üç ölkə , həm də bütövlükdə region ölkələri arasında enerji təhlükəsizliyindən tutmuş, biznesin inkişafı, investisiya qoyuluşlarına qədər böyük bir sahəni əhatə edəcək. Yekun olaraq xüsusi vurğulamaq istərdim ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı çoxşaxəli iqtisadi siyasət, Azərbaycan xalqının gələcəyinə, iqtisadi asılılığının olmamasına, sosial rifah halının yaxşılaşdırılmasına və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə hesablanıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya