Moldova Azərbaycanla ticari əməkdaşlığı genişləndirmək niyyətindədir

Moldovanın Baş naziri Aleksandru Muntyanu və Azərbaycanın bu ölkədəki səfiri Ulvi Baxşəliyev ikitərəfli ticarətin genişləndirilməsini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Moldova hökuməti məlumat yayıb.

Görüş zamanı tərəflər ticarət-iqtisadi və mədəni sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparıblar.

"Baş nazir Moldovanın ikitərəfli ticarətin artmasına, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və daha çox azərbaycanlı investorların cəlb edilməsinə hazır olduğunu vurğulayıb. İnvestisiyalar üçün prioritet sahələr arasında kənd təsərrüfatı və energetika göstərilib", – məlumatda qeyd olunur.

Bundan əlavə, tərəflər siyasi dialoqun irəliləməsi və mədəni əməkdaşlığın inkişafı, o cümlədən əlavə ikitərəfli səfərlərin təşkilindən danışıblar.