"Moody`s" Azərbaycanın inflyasiya proqnozunu açıqladı

Azərbaycanda orta illik inflyasiya 2028-ci ilədək 4 %-ə enəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Moody`s" beynəlxalq reytinq agentliyi agentliyin proqnozunda bildirilib.

Reytinq agentliyinin qiymətləndirmələrinə görə, 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya 4,8 %-ə, 2027-ci ildə isə 4 %-ə qədər enəcək.