Müharibədən sonra...
Yusif Sultanoğlu
09:29 15.12.2020
İqtisadiyyat
570
Qarabağ istiqrazlarının dövriyyəyə buraxılması məntiqidir
İstənilən halda düzgün yanaşmadır. Həmçinin əhali istiqrazlar dövlət tərəfindən dövriyyəyə buraxılır deyə daha çox etibar edəcək
Milli Məclisin 11 dekabr 2020-ci il tarixli iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan hökumətində yeni mexanizmin yaradılması haqqında məlumat verib. O bu istiqamətdə hazırlığın getdiyini bildirib:
“Həmin mexanizm “Qarabağ” istiqrazlarının dövriyyəyə buraxılması ilə bağlıdır. Yaxın vaxtlarda bunun şahidi olacağıq”.
Məsələni “Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Rəşad Həsənov Qarabağ istiqrazlarının dövriyyəyə buraxılmasının məntiqli yanaşma olduğunu söyləyib:
“Bu təcrübə dəfələrlə müxtəlif ölkələrdə sınaqdan çıxıb. Daha çox alman təcrübəsi kimi yadda qalır. Çünki Almaniya həm maliyyə-bank sektorunda əmanət-depozitlərin təhlükəsizliyini gücləndirib, həm də istiqrazları, qiymətli kağızları dövriyyəyə buraxıb. Beləliklə İkinci Dünya müharibəsindən sonra əhalinin əlində olan vəsaitlərin iqtisadiyyata cəlb edilməsində ciddi təcrübə formalaşdırılıb. Sonra müxtəlif ölkələr də bu təcrübədən istifadə edib.
Onu da deyim ki, Qarabağın bərpası, yenidən qurulması üçün kifayət qədər vəsait lazımdır. Həmin vəsaitlər indi Azərbaycanın fiskal mühiti baxımından imkansız görünür.
Təbii ki, orta və uzunmüddətli dövr məsələsi var. Söhbət torpaqların bərpa müddətindən gedir. Əgər həmin əraziləri 50 ilə bərpa edəcəyiksə, işləri mərhələli şəkildə həyata keçirmək olar. Amma hər ötən gün, hər keçən ay müvafiq bölgələrin iqtisadi imkanlarının Azərbaycan iqtisadiyyatından kənarda qalmasına səbəb olur.
Eyni zamanda icmaların öz yurd-yuvalarına qayıtması, yaşayışın yenidən bərpası, biznes mühitinin formalaşdırılması üçün sürətli iş prosesi lazımdır. Bu da cari şərtlər daxilində Azərbaycan üçün ciddi maliyyə yükü deməkdir. O da məlumdur ki, Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq zəif inkişaf edib. Alternativ vəsaitlərin yerləşdirilməsi üçün müxtəlif üsullar, qiymətli kağızlar bazarı yoxdur.
Belə bir maliyyə sektoru riskli olduğu üçün əksər insan vəsaitlərini bu seqmentdə yerləşdirməyə üstünlük vermir. Nəticədə əhalinin əlində mühüm passiv yığımların toplanmasına gətirib çıxarır.
Yəni vəsaitlər iqtisadiyyatdan kənarda, yastıq altında qalır. Onların istifadə edilməsi, pulun dövriyyə sürətinin artırılması hazırda ciddi zərurətə çevrilib.
Düşünürəm ki, hökümət yeni istiqrazları dövriyyəyə buraxmaqla həmin istiqamətdə boşluğun doldurulması üçün imkan yaradır.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət borcu ilə bağlı strategiyası var. Həmin strategiyanın hədəflərində hüquqi baxımdan dəyişiklik edilməsə, Azərbaycanın xaricdən borclanması ilə bağlı məhdudiyyətlər olacaq.
Bu mexanizmin yaradılması xaricdən deyil, daxildən borclanmağa üstünlük verilməsi kimi qiymətləndirilə bilər. İstənilən halda düzgün yanaşmadır. Həmçinin əhali istiqrazlar dövlət tərəfindən dövriyyəyə buraxılır deyə daha çox etibar edəcək.
Bu istiqrazlara investisiya yatırılması istiqamətində təşəbbüs, həvəs digərləri ilə müqayisədə daha yüksək olacaq. Bu da hökumətin işini asanlaşdıracaq. Qısa müddətdə daha böyük vəsait cəlbetmə imkanı yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov Ukraynanın sülh prosesinə meyilli olmadığını bildirib
15:09 10.07.2026
Gündəm
Kəlbəcərdə mina partlayışı olub
14:17 10.07.2026
Gündəm
Milli Məclisin növbəti iclası iyulun 13-də keçiriləcək
13:57 10.07.2026
Gündəm
Sabah 38 dərəcə isti olacaq
13:24 10.07.2026
Ekologiya
"Sədaqətin Sükutu" layihəsi Zaqatalada davam edir
13:09 10.07.2026
Ölkə
Paşinyanın Moskva səfəri gözlənilən nəticəni vermədi - ŞƏRH
13:06 10.07.2026
Gündəm
İnzibati Xətalar Məcəlləsində dəyişiklik ediləcək
12:57 10.07.2026
Gündəm
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
12:55 10.07.2026
İqtisadiyyat
Xameneinin vida mərasimində 43 milyona yaxın insan iştirak etdi
12:47 10.07.2026
Gündəm
Kamilo Duran "Qarabağ"dan "Seltik"ə transfer olundu
12:26 10.07.2026
Futbol
Azərbaycanın xarici dövlət borcu 8% azalıb
12:20 10.07.2026
İqtisadiyyat
Kıvanç Tatlıtuğ ikinci dəfə ata olacaq
12:15 10.07.2026
Şou
Kəlbəcərdə iki mina partladı
12:10 10.07.2026
Hadisə
FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək
11:57 10.07.2026
Gündəm
Bu məhsullar gömrük rüsumundan azad edilir
11:49 10.07.2026
İqtisadiyyat