Naxçıvana dəmir yolu xəttinin çəkilməsi böyük layihədir
05:54 14.11.2020
İqtisadiyyat
1322
Azərbaycanın qeyri-neft sektorunda istehsal olunan məhsulları daha geniş bazarlara çıxarılacaq
Türkiyə Qafqazdakı son hadisələr fonunda Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə dəmir yolu xətti çəkmək niyyətindədir. Bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu məlumat verib. O bildirib ki, ilkin araşdırmalar tezliklə başa çatacaq və dəmir yolu xəttinin inşasına start veriləcək.
Millət vəkili Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisinə dəmir yolu xəttinin çəkilməsi kifayət qədər böyük layihədir. O bildirib ki, bu nəqliyyat dəhlizi həm Türkiyə, həm də Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcək:
"Dəmir yolu xətti ən ucuz nəqliyyat növü hesab olunur. Vahid logistik nəqliyyat dəhlizinə inteqrasiya Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin genişləndirilməsində çox vacibdir. Eyni zamanda üstünlüyü ondan ibarətdir ki, bu, hər iki ölkənin iş adamlarının sözügedən dəmir yolu və nəqliyyat dəhlizinə inteqrasiyası vasitəsilə məhsulların daha geniş bazarlara çıxarılmasını təmin edəcək. Bu dəmir yolu xətti vasitəsilə artıq Azərbaycanın, xüsusən qeyri-neft sektorunda istehsal olunan məhsullar daha geniş bazarlara çıxarılacaq. Təbii ki, bu layihə hər iki ölkənin ixracatının artırılması baxımından vacibdir. Region üçün strateji əhəmiyyət daşıyır və onun inkişafına birbaşa töhfə verəcək. Onun iqtisadi, strateji baxımından əhəmiyyəti olduqca vacibdir. Bütövlükdə Qarabağ münaqişəsinin həll olunması gələcəkdə regionda belə strateji layihələrinin sayının artırılmasına imkan verəcək.
Bu da regional ölkələrin faydalanmasına gətirib çıxaracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual