Naxçıvanda müasir dəmiryol şəbəkəsi qurulacaq - ADY
Yusif Nəzərli
18:26 03.02.2025
İqtisadiyyat
579
Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üzrə işlərə start verilib.
Türkiyə KİV-lərinin yaydığı məlumata görə, artıq Türkiyə tərəfdə işlərə başlanılıb. Layihə 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir və 5 il müddətində başa çatdırılması nəzərdə tutulub.
Bu istiqamətdə Azərbaycan tərəfinin hansı işlər gördüyü sualına cavab olaraq "Azərbaycan Dəmir Yolları"ndan (ADY) Trend-ə bildirilib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma işləri başa çatdırılıb, layihəndirmə işləri davam etdirilir.
"Layihələndirmə mərhələsi başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq, müasir tələblərə cavab verən dəmiryol şəbəkəsi qurulacaq.
Dəmiryol infrastrukturunun sağlamlaşdırılması və modernləşdirilməsində məqsəd həm sərnişinlərin, həm də yüklərin vaxtında və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasıdır.
Qars–Naxçıvan dəmir yolu layihəsi həyata keçirildikdən sonra bu xətt Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək və nəticə etibarilə Muxtar Respublikanın regional əhəmiyyətini artıracaq", - qurumdan məlumat verilib.
Qeyd edək ki, türk KİV-ləri layihə çərçivəsində 10 körpü və 144 yeraltı keçidin inşa olunacağını yazıb. Qeyd edilib ki, dəmir yolu xətti saatda 160 kilometr sürət üçün nəzərdə tutulur. Yeni dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyası da planlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm