Neft iyundan bəri ilk dəfə 64 dollardan aşağı düşdü

Londonun ICE birjasında 2025-ci ilin dekabrında çatdırılacaq Brent markalı neftin fyuçerslərinin qiyməti 2025-ci il iyunun 2-dən bəri ilk dəfə bir barel üçün 64 dollardan aşağı düşüb.

Teleqraf xəbər verir ki, Bakı vaxtı ilə saat 13:50-yə olan məlumata görə, Brent markalı neftin qiyməti 1,98% ucuzlaşaraq bir barel üçün 63,94 dollar təşkil edib.

15:00-da Brent ucuzlaşmasını sürətləndirib və bir barel üçün 63,8 dollara (-2,19%) ticarət edilib. Bu arada WTI markalı xam neftin 2025-ci ilin noyabr ayı üçün fyuçersləri 2,07% ucuzlaşaraq 60,12 dollar/barelə düşüb.