“ОРЕК+”un qərarı qiymət artımına səbəb olacaq” – ŞƏRH
Şəymən Bayramova
09:31 13.04.2020
İqtisadiyyat
862
“Lakin bu artım 30 dollar ətrafında cərəyan edəcək. Üstəgəl, OPEK gələcəkdə neftin sutkalıq hasilatını daha 10 milyon barrel azalda bilər”
“OPEK+”un neft hasilatının sutkalıq 10 milyon barrelə qədər azaldılması ilə bağlı qərarı qiymət artımı üçün yetərli olmayacaq. Bu iddia ilə “Qoldman Saç” investisiya bankının analitikləri çıxış ediblər.
Onlar böyük neft istehsalçıları arasında hasilatın azaldılması ilə bağlı razılaşmanın tarixi olduğunu, amma yetərli olmadığını bildiriblər.
Məsələni siyasi cəhətdən şərh edən politoloq, Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev isə “Sherg.az”a deyib ki, “ОРЕК+”in neftin sutkalıq hasilatını aşağı salması gələcəkdə qiymət artımına səbəb olacaq. Lakin bu artım 30 dollar ətrafında cərəyan edəcək. Onun sözlərinə görə OPEK gələcəkdə neftin sutkalıq hasilatını daha 10 milyon barrel azalda bilər:
“OPEK-ə üzv ölkələr mart ayının əvvəllərində bu qərarı verməyə cəhd etsələr də, siyasi təzyiqlər qarşısında geri çəkilməyə məcbur oldular. Bu qərarın bir ay sonra verilməsi neft ölkələrinin siyasi mücadiləsinin nəticəsidir. Tükiyənin enerji məhsullarının qiymətinin bahalaşması “COVİD-19” virusunun iqtisadiyyata təsirinin sonlanması ilə başlayacaq. Hazırda bütün dünyada istehsal və daşınmalar kəskin olaraq azaldığı üçün neftə olan tələbat da azalıb. Normal şərtlərdə bir çox ölkələr neftin ucuzlaşmasından yararlanıb anbarlarını ucuz neftlə doldurmaq istəyərdilər. Lakin indiki şəraitdə neft satışı ilə məşğul olan ölkələr öz iqtisadi maraqlarını belə asanlıqla güzəşt edə bilməzlər”.
Neft gəlirlərinin əhəmiyyətli şəkildə azaldığını vurğulayan V. Əfəndiyevin fikrincə az istehsal, az gəlir deməkdir. Ona görə də koronavirus pandemiyasından dövlətlər nəticə çıxarmalıdırlar:
“Supergüclər belə vəziyyətin kritik həddə çatmasının qarşısında aciz qala bilərlər. Ona görə də bütün dövlətlər öz xalqının qida təhlükəsizliyini təmin edəcək ərzaq ehtiyyatına malik olmalıdırlar. Bunun isə bir yolu var: hər kəs özü əkib, becərməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya