
Orta aylıq əmək haqqının 9 faiz artması iqtisadi inkişaf kimi təqdim oluna bilməz -RƏY
Yusif Nəzərli
09:59 09.06.2025
İqtisadiyyat
608
Razi Abbasbəyli: 2025-ci ilin ilk beş ayına dair mövcud göstəricilər Azərbaycanda real inflyasiya səviyyəsinin artıq iki rəqəmli həddə çatdığını ortaya qoyur
Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357.3 manat təşkil edib.
Bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-mart ayları ilə nisbətən 9.1% artıb.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10% artaraq 1 083.8 manat təşkil edib.
İqtisadçı Razi Abbasbəyli Sherg.az-a bildirib ki, əmək haqqı artımı və inflyasiya arasında əlaqə, real iqtisadi inkişafın qiymətləndirilməsində əsas göstəricilərdən biri kimi qəbul edilir:

“Beynəlxalq təcrübəyə əsasən, əməkhaqqı artımı inflyasiya səviyyəsini üstələdikdə, bu artım real iqtisadi inkişafın göstəricisi hesab olunur. Əks halda, yəni inflyasiya əməkhaqqı artımından yüksəkdirsə və bu artım əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir göstərmirsə, bu, iqtisadi inkişaf kimi deyil, sadəcə inflyasiya ilə mübarizə vasitəsi kimi qiymətləndirilə bilər. Azərbaycan kontekstində, xüsusilə Bakı şəhərində, orta aylıq əmək haqqının 9 faiz artması iqtisadi inkişaf göstəricisi kimi təqdim oluna bilməz. Bunun əsas səbəbi, ölkədə real inflyasiya səviyyəsinin rəsmi rəqəmlərdən xeyli yüksək olmasıdır. Bu hal ərzaq məhsullarının qiymət artımı, kommunal xidmətlərin bahalaşması və ümumilikdə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda özünü aydın şəkildə göstərir. Qeyd etmək lazımdır ki, iqtisadi inkişafın səviyyəsini qiymətləndirərkən təkcə orta aylıq əmək haqqının artımı deyil, həmçinin əhalinin ümumi gəlirlərinin artım dinamikası nəzərə alınmalıdır. Belə ki, minimum əmək haqqı, sosial ödənişlər və aztəminatlı təbəqəyə yönələn yardımların inflyasiya səviyyəsini üstələyəcək şəkildə artması real iqtisadi və sosial rifahın yaxşılaşdırılmasının göstəricisi kimi çıxış edə bilər”.
Ekspertin sözlərinə görə 2025-ci ilin ilk beş ayına dair mövcud göstəricilər Azərbaycanda real inflyasiya səviyyəsinin artıq iki rəqəmli həddə çatdığını ortaya qoyur:
“Bu tendensiya həm ərzaq məhsullarında, həm də tibbi xidmət və təminat sahələrində qiymət artımı ilə müşayiət olunur. Bundan əlavə, nəqliyyat sektorunda amortizasiya xərclərinin artması, aqrar sahədə isə gübrə və toxum təminatının bahalaşması real inflyasiyanın yüksək səviyyədə olduğunu təsdiqləyir. Beləliklə, əməkhaqqının 9 faizlik artımı birrəqəmli inflyasiya şəraitində belə iqtisadi inkişafın göstəricisi kimi qəbul edilə bilməz. Hazırkı şəraitdə bu artım inflyasiyanın təsirlərinin qismən kompensasiya edilməsi kimi qiymətləndirilməlidir və iqtisadi inkişafın real təzahürü kimi çıxış etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi