Özəlləşdirmə dövlət büdcəsinin yükünü azaldacaq
Məlahət Rzayeva
09:35 24.11.2020
İqtisadiyyat
1064
Çoxdan olmalı idi, iqtisadiyyatımız dirçələcək
Yaxın zamanda ölkədə özəlləşmə prosesi ilə bağlı əsaslı yeniliklərin olacağı gözlənilir. İqtisadçılar hesab edir ki, bir sıra şirkətlər ya tam, ya da qismən özəlləşməyə cəlb olunacaq, yaxud da uzun müddətli icarəyə veriləcəklər. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 avqust 2020-ci il tarixli fərmanı ilə "Azərbaycan İnvestisiya Holdinqi" publik hüquqi şəxs yaradıldı. Dövlət başçısının 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edildi. İlkin mərhələdə 4 dövlət müəssisəsi - Dövlət Neft Şirkəti (SOCAR), "AzerGold", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" ilkin mərhələdə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.
İqtisadçı Fuad İbrahimov bu fikirdədir ki, məlum proses dövlətin artıq yükdən azad olmasına yönəlib:
- Holdinqin yaradılma səbəbi nədir? Bəzi şirkətlərin öz xidmət sahələri var və onlar bundan pul qazanır, gəlir əldə edir. Məsələn, “AZAL”. Hamımız bilirik ki, “AZAL”ın biletləri necə bahadır. Amma bu şirkət gəlir əldə etməklə bərabər həm də dövlətdən yardım alır. Eləcə də Bakı Metropoliteni. Düzdür, metroda gediş haqqı ilə xərclər nisbəti tərs mütənasibdir.
Belə olur, bəzən, xərclər gəlirləri üstələyir. Lakin metropoliten də dövlətdən dotasiya alır. Götürək, SOCAR-ı. Bu şirkət daim dövlət borcu yaradır. Həm də kifayət qədər. Bəzi şirkət və müəssisələrin Azərbaycan İnvestisiya Holdinqin idarəetməsinə verilməsində məqsəd dövlətin yükünü azaltmaqdır.
Necə? Holdinqin publik hüquqi şəxs kimi funksiyasına bunlar daxildir; onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərmək.
Holdinq şirkət və müəssisələrin fəaliyyətini araşdıracaq, təftiş aparacaq, onların fəaliyyətini tənzimləyəcək. Şirkətlərin daxilində elə xidmət sahələri var ki, onlar özəlləşdirilə bilər.
Tutalım, “AZAL” yanacaq almaq, yaxud təyyarədə servis xidmətinin (yemək və sairə) təşkil edilməsini hansısa bir şirkətlə müqavilə bağlayaraq həyata keçirə bilər. Belədə şirkət özü gəlir əldə etməkdə maraqlı olacaq, dövlət büdcəsinin də yükü azalacaq. Məsələn, Xəzər Dəniz Gəmiçiliyi QSC-də bildiyim qədər özəlləşmiş xidmət sahələri var. Onlar artıq dövlət hesabına maliyyələşmir. Şirkət, müəssisələrin tərkibində özəlləşdirilməyə çıxarılacaq sahələr mövcuddur.
Özəlləşdirilsinlər, özləri gəlir əldə etməyə maraqlı olsunlar, gəlir əldə etsinlər, əməkdaşlarının maddi təminatını yüksəltsinlər, dövlətə də yük olmasınlar. Bu proses dövlət büdcəsinin artıq yüklərdən azad olmasına yönəlib və iqtisadiyyatın inkişafı üçün də gərəklidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət