Pandemiya dövrü: İçki və tütün məhsulları daha çox istifadə olunub
00:45 06.02.2021
İqtisadiyyat
749
"Bunun da səbəbi pandemiya şəraitində insanların evə qapalı olması, gərgin dövrdən keçməsi ola bilər"
Statistikaya görə, 2020-ci ilin yanvar-dekabr aylarında Bakıda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 51,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 12,6 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,2 faizi elektrik malları və mebelin, 1,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,9 faizi əczaçılıq və tibbi malların, 10,3 faizi avtomobil yanacağının, 17,1 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Göründüyü kimi qida məhsulları ilə yanaşı, içki və tütün məmulatları da siyahıda əsas yeri tutur.
Vəziyyəti "Şərq"ə şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, pandemiyanın mənfi təsiri ilə əlaqədar olaraq insanlar içki və tütün məhsullarından daha çox istifadə etməyə başlayıblar:
"Ötən illərin statistikası ilə müqayisədə 2020-ci ilin rəqəmlərində istehlak həcmi ilə bağlı ciddi bir dəyişiklik yoxdur. Sadəcə bəzi məhsulların alışında yüngül artım müşahidə olunur. Göstərilən rəqəmlərdə ikinci yeri içki və tütün məhsulları tutur. Sözsüz ki, sağlam həyat tərzinin bir dəbə çevrilməsi hamı üçün vacibdir. Amma təəssüflər olsun ki, virus dönəmində spirtli içkilərə aludəçilik azalmaq yerinə daha da artıb. Bunun da səbəbi pandemiya şəraitində insanların evə qapalı olması, gərgin dövrdən keçməsi ola bilər. Həmin vəziyyətdə insanlar stress və əsəb keçirdikləri üçün belə məhsullara daha çox ehtiyac duyublar. Bunu psixoloji məqam kimi də başa düşmək olar. Çox güman ki, pandemiyanın insanlar üçün yaratdığı diskomfort bu tip məhsulların istehlakında müəyyən artımla nəticələnib".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat