Pandemiyanın iqtisadiyyatımıza təsirləri məlum olub
06:27 08.12.2020
İqtisadiyyat
532
İqtisadçı-ekspert Rövşən Ağayev 3 istiqamət üzrə rəqəmləri təhlil edib
Koronavirus pandemiyasının Azərbaycanın iqtisadiyyatına təsirləri məlum olub. Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev 3 istiqamət üzrə rəqəmləri təhlil edib. Ekspert hesab edir ki, cari ilin 10 ayının nəticələrində əhalinin real gəlirlərinin azalması əksini tapıb: "Rəsmi statistika son 10 ildə, hətta iqtisadiyyatımızın dərin şok yaşadığı 2015-2016-cı illərdə əhalinin real gəlirlərinin azalmasını göstərməmişdi. 10 ayın nəticələrinə görə, əhalinin real gəlirlərində 4 faizdən çox azalma görünür.
Başqa tərəfdən isə iqtisadi fəallığın, eləcə də əmtəə və xidmət idxalına tələbatın kəskin azalması nəticəsində hökumətin məzənnə sabitliyini təmin etmək üçün valyuta bazarına müdaxiləsinə ehtiyac olmadığı görünür. Bir tərəfdən tədiyə balansında 1 milyard dollara yaxın defisiti var, digər tərəfdə isə ilin əvvəlindən hökumətin valyuta ehtiyatlarının əriməməsi faktı var.
Ehtimal ki, bunun bir səbəbi də bazarın ehtiyaclarının biznesin və bankların valyuta yığımlarını bazara buraxması ilə bağlı ola bilər. İlin əvvəlindən kommersiya banklarının xalis xarici aktivləri 1 milyard dollar azalıb. Paralel olaraq, banklarda qeyri-maliyyə təşkilatlarına məxsus valyuta depozitləri 1.4 milyard dollara yaxın azalıb.
Doğrudur, həmin məbləğin təxminən 200 milyon dolları manatla depozitlərin artımına yönəldilib, amma xalis azalma 1.2 milyard dollar təşkil edib.Ümumiyyətlə, ilin əvvəlindən qeyri-maliyyə təşkilatlarının depozitləri 10 faizdən çox, əhali depozitləri 8 faiz ətrafında azalıb. Depozitlərin azalması istənilən halda (səbəbindən asılı olmayaraq) neqativ prosesdir - bu ya iqtisadiyyatın subyektlərinin iqtisadi durumunun pisləşməsi, cari qazancların azalması səbəbindən yığımlara əl atdığını göstərir, ya da maliyyə sisteminə etibarlı bağlı yığımlarını mümkün qədər nağd saxlamağa həvəsləndirməsi səbəbindən baş verir.
Bu baxımdan biznesin valyuta depozitlərinin hansı səbəbdən azaldığını da demək xeyli çətindir. Depozitlərin azalması həmçinin bankların resurs bazasının daralması deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual