
Parlamentari: Davos Forumu Azərbaycanı beynəlxalq arenada tanıtmaq baxımından bir fürsətdir
11:39 21.01.2025
İqtisadiyyat
544
“2025-ci ilin Davos Qlobal İqtisadi Forumu Ağıllı Əsir üçün əməkdaşlıq mövzusunda qlobal çağırışlara toxunacaq. Forumda iqtisadi artımın yenidən başlaması, yeni texnologiyaların tətbiqi, geosiyasi gərginliklər və iqlim dəyişikliyinin sürətləndirilməsi fonunda sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi müzakirə olunacaq. Bu baxımdan Davos İqtisadi Forumu ölkələrin öz iqtisadi imkanlarını təqdim etmək baxımından çox əhəmiyyətli platformadır”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov söyləyib.
O qeyd edib ki, bu platformada Azərbaycanın iştirakı çox əhəmiyyətlidir:

“Ümumiyyətlə, Davos Forumu iqtisadi olduğu qədər siyasi əhəmiyyət də daşıyır. Çünki, foruma dövlət və hökumət başçıları, hökumət nümayəndələri, biznes strukturların rəhbərləri olmaqla 130 ölkədən 3000-ə yaxın lider toplaşacaq. Forum çərçivəsində iqtisadi mövzularla yanaşı siyasi məsələlər də müzakirə olunur. Dövlət başçımız İlham Əliyevin də bu forumda iştirakı çox önəmlidir. Davosa etdiyi səfərin ilk günündə dövlət başçımız Çinin CGTN kanalına verdiyi müsahibədə qlobal əhəmiyyət daşıyan bir çox məsələlərə münasibət bildirilmişdir. O cümlədən Qlobal İqtisadi Forum çərçivəsində dövlət başçımızın digər ölkələrin və qlobal şirkətlərin rəhbərləri ilə görüşməsi ənənəvi xarakter almışdır. Bu baxımdan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studer ilə görüşü şirkətin ölkəmizlə əməkdaşlıq imkanlarını müzakirəsi baxımından çox əhəmiyyətli olmuşdur. Tədbir çərçivəsində dövlət başçımızın bir çox görüşlər keçirəcəyi, ölkəmizin investisiya mühiti ilə bağlı əməkdaşlığın genişləndirilməsinə dair müzakirələrin aparılacağı gözlənilir”.
Deputat bildirib ki, Azərbaycanın investisiya və biznes mühiti daxili və xarici investorlar üçün əlçatandır:
“Hesab edirəm ki, Davos İqtisadi Forumu Azərbaycanı beynəlxalq arenada tanıtmaq baxımından bir fürsətdir. Davos İqtisadi Forumunun hesabatları Azərbaycanın iqtisadi biznes mühitini müsbət dəyərləndirir. Təbii ki, bu, ölkəmizdə yaranmış azad və rəqabət qabiliyyətli iqtisadi mühiti ilə bağlıdır. Bu baxımdan forumda iştirakımızın ölkəmizin iqtisadiyyatının qlobal çağırışlara uyğunlaşdırılması və investisiyaların cəlb edilməsi baxımından çox əhəmiyyətli olacağını hesab edirəm. Həm də forum çərçivəsində dövlət başçıları siyasi mövzularda da müzakirələr aparacaqlar. Bu da bir çox qlobal xareakterli siyasi məsələlərin həll olunmasına, regional məsələlərin müzakirə olunaraq əməkdaşlığın formalaşmasına və sözümüzün gücünün artmasına töhfə verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya