Parlamentari: Sammitdə mühüm iqtisadi planlar elan edilib
09:27 03.09.2025
İqtisadiyyat
582
Tahir Mirkişili: "Azərbaycan Prezidentinin təşəbbüslərinin həm Şərqdə, həm də Qərbdə dəstəklənməsi ölkəmiz üçün mühüm geoiqtisadi imkanlar yaradır"
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti həm əhatəliyinə, həm də qəbul etdiyi qərarlara görə mühüm bir sammit sayılır. Sammitə üzv 10 ölkədən başqa tərəfdaş 15 ölkənin dövlət və hökumət başçıları qatılmışdı. Son 30 ildə ilk dəfədir bu sayda Asiya, Yaxın Şərq, Afrika ölkələri bir araya gəlirlər. Sammitin siyasi tərəfləri kifayət qədər genişdir. Amma biz onun iqtisadi tərəflərinə toxunmaq istərdik. Sammit ABŞ-nin bir çox üzv ölkələrə ciddi iqtisadi təzyiqlərinin baş verdiyi bir şəraitdə keçirilir. Yəni bu şəraitdə yeni iqtisadi imkanların tapılması xüsusi maraq kesb edir. ŞƏT üzvlərinin iqtisadi gücü və imkanları kifayət qədər böyükdür. Təşkilat iştirakçılarının məcmu ÜDM-i 26 trln. dollar təşkil edir ki, bu da qlobal ÜDM-in 30 faizi deməkdir. Təşkilat üzvlərinin əhalisi 3.3 mlrd nəfər təşkil edir ki, bu da planetin əhalisinin 41 faizidir. Bundan başqa təşkilat üzvləri dünya karbohidrogen ehtiyatlarının 41 faizinə, elmi patentlərin 30 faizinə və nadir elementlərin ixracının 45 faizinə sahibdirlər.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili "Sherg.az"a deyib ki, sammitdə mühüm iqtisadi planlar elan edildi. Deputat vurğulayıb ki, ilk dəfə olaraq ŞƏT İnkişaf Bankının yaradılması bəyənilib:
"Bu, Beynəlxalq Valyuta Fondu və Dünya Bankına alternativ struktur kimi formalaşacaq. Həmçinin, "Böyük Avrasiya" iqtisadi layihəsinin başlanılması elan edildi. Layihə çərçivəsində infrastruktur, enerji və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu layihə 2035-ci ilə qədər 7-9 trln dollarlıq iqtisadi effekt yarada biləcəkdir. Mühüm məsələlərdən biri ilk dəfə olaraq Avrasiya Reytinq Agentliyinin yaradılmasının bəyan edilməsi oldu. Agentlik "Moody’s", "S&P" və "Fitch"dən fərqli metodologiya ilə ölkələrin və şirkətlərin kredit qabiliyyətini qiymətləndirəcək. Göründüyü kimi bu sahələrdə uzun illərdir dominant olan Qərb strukturlarına alternativ Şərq strukturları formalaşmaqdadır.
Azərbaycan 2016-cı ildə ŞƏT-nin dialoq üzrə tərəfdaşı statusuna malikdir. Keçən dövrdə Azərbaycan ardıcıl olaraq təşklat üzvləri ilə iqtisadi əməkdaşlığı gücləndirib. Təkcə keçən il Azərbaycanın ŞƏT-ə üzv ölkələrə ixracı 8.3mlrd dollar təşkil edib ki, bu, əvvəlki il ilə müqayisədə 27 faizlik artım deməkdir. Çinlə ticarət həcmi rekord həcmi - 3.1 mlrd. dollar keçib".
Parlamentari qeyd edib ki, eyni zamanda Azərbaycan Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas həlqəsidir:
"Təkcə bu ilin 6 ayında bu marşrut ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi 4.2 milyon tonu keçib. Regionda sülhün təmin olunması və Azərbaycan Prezidentinin təşəbbüslərinin həm Şərqdə, həm də Qərbdə dəstəklənməsi ölkəmiz üçün mühüm geoiqtisadi imkanlar yaradır. Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avrasiyanın Şərqini əhatə edən ŞƏT ilə əməkdaşlığının güclənməsi ölkəmizin çoxvektorlu siyasətinə və milli maraqlarına da uyğundur. Nəzərə alsaq ki, ŞƏT-in hazırkı 10 üzvündən 3-cü Türk Dövlətləri Təşkilatın üzvü, 1-i qardaş Pakistan, digərləri isə ölkəmizin sıx iqtisadi partnyorlarıdır – o zaman bu təşkilatı Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platforma hesab etmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol